lirik lagu yaqub zurufçu – sevgilim
sevgilim lyrics
[bənd 1]
yel toxundu yarpaqlara
nəğmə qondu dodaqlara
durub baxdım uzaqlara
səni gördüm, ay sevgilim
tam arzular gülüşündə
muradlılar görüşəndə
evinizə gün düşəndə
səni gördüm, ay sevgilim
[nəqərat]
bir mehriban üz görəndə
bir cüt ala göz görəndə
qara xallı üz görəndə
səni gördüm, ay sevgilim
bir mehriban üz görəndə
bir cüt ala göz görəndə
qara xallı üz görəndə
səni gördüm, ay sevgilim
[bənd 2]
bahar xalı toxuyanda
quşlar nəğmə oxuyanda
ildırımlar şığıyanda
səni gördüm, ay sevgilim
ya özümdən küsəndə mən
ya fikirli gəzəndə mən
gözəllərin gözündə mən
səni gördüm, ay sevgilim
[nəqərat]
bir mehriban üz görəndə
bir cüt ala göz görəndə
qara xallı üz görəndə
səni gördüm, ay sevgilim
bir mehriban üz görəndə
bir cüt ala göz görəndə
qara xallı üz görəndə
səni gördüm, ay sevgilim
[keçid]
saz dinlədim, tara baxdım
gül iylədim, qara baxdım
hara getdim, hara baxdım
səni gördüm, ay sevgilim
[nəqərat]
bir mehriban üz görəndə
bir cüt ala göz görəndə
qara xallı üz görəndə
səni gördüm, ay sevgilim
bir mehriban üz görəndə
bir cüt ala göz görəndə
qara xallı üz görəndə
səni gördüm, ay sevgilim
Lirik lagu lainnya:
- lirik lagu shoreline – i grew up on easy street
- lirik lagu minden – 4th and starlight road
- lirik lagu rtb mb – piccolo
- lirik lagu just rich gates – look like a plug
- lirik lagu hannibal boi – скриптонит (интерлюдия)
- lirik lagu kz angela & the beat dj – war in me
- lirik lagu rellik 781 – dead bxtch
- lirik lagu hexx – swimming the witch
- lirik lagu hamilton – face it
- lirik lagu endless boogie – bad call