lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ya tosiba – xudayar təsnifi

Loading...

dumanlı dağların başında durdum
dumandan özümə bir xeymə qurdum
dumanlı dağların başında durdum
dumandan özümə bir xeymə qurdum

keçdi xəyalımdan öz gözəl yurdum
dumanlar başında duman göründü, duman göründü
keçdi xəyalımdan öz gözəl yurdum
dumanlar başında duman göründü, duman göründü

xəzər dənizitək eşqimlə coşdum
xülyalar içində sanki bihuşdum
xəzər dənizitək eşqimlə coşdum
xülyalar içində sanki bihuşdum

vətən arzusuyla nəğmələr qoşdum
tufanlar qarşımda dastana döndü, dastana döndü
vətən arzusuyla nəğmələr qoşdum
tufanlar qarşımda dastana döndü, dastana döndü

könüllər cəlb edən bu xoş mənzərə
şövqümü artırdı şeirə, qəzələ
könüllər cəlb edən bu xoş mənzərə
şövqümü artırdı şeirə, qəzələ

çatdıqca vətənim, elim nəzərə
təbiət də mənə heyran göründü, heyran göründü
çatdıqca vətənim, elim nəzərə
təbiət də mənə heyran göründü, heyran göründü
deyirlər bülbülə çəmən yaxşıdır
insançün laləzar, vətən yaxşıdır
deyirlər bülbülə çəmən yaxşıdır
insançün laləzar, vətən yaxşıdır

şair, sorma vətən nədən yaxşıdır?
adı gəlcək könlüm xəndan göründü, xəndan göründü
şair, sorma vətən nədən yaxşıdır?
adı gəlcək könlüm xəndan göründü, xəndan göründü

dumanlı dağların başında durdum
dumandan özümə bir xeymə qurdum
dumanlı dağların başında durdum
dumandan özümə bir xeymə qurdum


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...