lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – travma

Loading...

vurdular səni, indi dibdəsən
qayıdaq ilk dövrlərə, tacı taxtı iblisə
təslim et, sonra üzümə bax və bir də gülümsə
ölümsüzlüyün banisi! deyəsən ölürsən..
məndə yaşadığın qədər kirlətdim səni hər ölümdə
dedi “görürsən hərşeyi” ama ağrılarım görünməz
əlində qan var yanımda qalma bir də ağla
günahların qədər kirli yaratdığıvı qucaqla
səni yazan kitablar uyduruldu zəifliyimdən
dedilər ki yalandı hamısı həqqi dəyişdiriblər
ya da otur yanımda bu gecə zülmü tərifləyim, gəl
sənə də bu lazımdı xəyallarla hər iz silinməz
köməyin lazım deyil mənə, əlin yaraşmır əlimə
dəlixanadan qorxmayacaq qədər ölmüş dəliyəm
həkk olurdu dərimə qanla bəslənən hər kəlmə
mən öldüyüm gün əbədiyyət öldü bir qələmlə

inanıram sənə, güvənməyçün gücüm qalmadı
açdığın hər yara biraz da öldürdü duaları
şeirlərimi bağladı indi qaytar o vaxtları
anı saxladı sən gedəndə yollar ağladı..
təsvir etdi allahı tək cinayət maraqları
beynimizdə günah kölgəsində şərab bağları
dəlixanamda güzgülərlə dolur beyin otağları
tanrı kəsdi bağları cəsarətimi qabağladı..

kimsəsiz sabahladı yalan qoxur dodaqları
inanclarına güvənməmişdi zövqün ortaqları
günah yollarında saxla yaratdığın ayaqları
sən də mən qədər istəsəydin səni basdırmağı
bu sənlə ortaq yanım bir anda beyni çatladır
gülüşlərim kitablar kimi rəfdə alt altadı
getmə deyir ağlayır baxır və sonra aldadır
iblisi göndər geri tuncərdən əsər qalmadı!
və körpəlik travmaları ailəsinin yaraları
xoşbəxtliyi daldadı atalı yetimliy halları
bədənindəki qızartıları örtür göz qapaqları
zülmə göz yuman cəhalətin sadiq övladları
müqəddəs kitab kəlamları gördü ehramları
uşaqlığını öldürürdü gözyaşı qurbanları
7yaşında ah naləsiylə tək yaranmağı
13 yaşında qatildi biləyləri tanınmadı

inanıram sənə, güvənməyçün gücüm qalmadı
açdığın hər yara biraz da öldürdü duaları
şeirlərimi bağladı indi qaytar o vaxtları
anı saxladı sən gedəndə yollar ağladı..
təsvir etdi allahı tək cinayət maraqları
beynimizdə günah kölgəsində şərab bağları
dəlixanamda güzgülərlə dolur beyin otağları
tanrı kəsdi bağları cəsarətimi qabağladı..

altıncı mərtəbəsi olan beşqatlı binaları
dolaşdı heçnə tapmadı əliboş qalır sualları
tanrılar deyir ki tapmadığım həyat o yandadı
onu öldürdüm ruhu da yanğından oyanmadı
indi hesab ver külək dağıtdı dar dalanları
iynələrimi qoyub getdi güzgülər də qalmadı
bir gecə öldürdü məmləkət qoxan diyarları
yanındayam demişdim son nəfəsdə də inanmadı!
təhminə’ləri zaur’ları, nazım’ları vera’ları
leyli’ləri məcnun’ları, kafka’ları milena’ları
son siqaretdə müşfiq və qayıtmayan o bağları
dahiyanə ayrılıqları kəsmişdi venaları
qanlar tökülür sinəmdə yarımçıq sirenası
şeiriyatın son erası, mavinin venerası
dağılmış divarların yosunlu əlvidası
sənə gəlişim cinayətdi yarama tütün basın!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...