lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – şeir, hardasan?

Loading...

“şeir, hardasan?” deyə ağlayan şairlərin
hər biri edam günündə yolunu gözləyirdi
“şeir, hardasan?” səhifələrlə gedirəm
qoluma qandal vurdular vətən xaini dedilər
müşfiqi yuxu tutmazdı gülləylə “yatıb qaldı”
gözlərində dənizin əməli gəmini batırmağdı
şeir başqa süfrələrdə içkilərlə bəzəndi
burda içki bəzəysizdi şair içib gəzərdi
repressiya qan dənizlərindən əsər yaratdı
şairlərə kifayət deyildi fəxri ad artıq
o bağlar qayıtmadı biz qayıtdıq lap əvvələ
müşfiq ölümə gülməliydi sahili görüb hər dəfə
və səndən şeir gözəl, sən gözəlsən ay gözəl
sən füzuli qəzəllərinə durmalıydın tay gözəl
nifrəti peyğəmbər hüzurunda yaratdı cavid
dəniz mürəkkəbi udurdu sevgilərsə şifahi

şairlər sibirdə cümlə küləylər şəhərində
yolunu axtaran hər qadın birləşir xəzərimlə
mən sənə “dön gəl” deyəndə ağlayır qələmim də
azadlığa zindan olan dahilər gələ bilməz
barmaqlığın arxasında şair ölüm yasında
ölümü öldürən insanlar o kitablara yazılmaz
yolumu gözlədin hər səhər qismətimdi asılmaq
son nəfəsdə şeirlərimi əzbərlə ən azından…

məktubu yazıb ağlamışdı saçında ağ tellərə
üzündəki qırışlara yas saxlamışdı bilmədən
bəlkə də azadlıq əfsanəsiydi hər cümləsi
şairə edam yaraşdırıb güləcəy gündəsiz
dərisi soyuldu hər qəzəldə yoxdan var edildi
yenə cahana sığmadı gözlərinə edam verildi
xoşbəxtliyi öldürən ən köhnə qafiyə sevgidi
hər gecə yenidən yaranmaq; bu tanrıdan vergidi
ey müsəlmanlar! bugün ol yar~ı pünhan ayrılır
güney quzeydən ayrılıb aldı şəhriyarını
biz şərab içəriy onlar doymalı xalqın qanıyla
vahid içib sərxoş olar qələm çörəyə satılmaz
gözyaşıyla yazılan hər şeirdə vətən həsrəti
onlar susacaq danışsın əhməd cavadın bəstəsi
rütubətli otaqlarda otuzyeddi təsvir olur
komissar güləndə sındı qələm o an gəldi gəldi sonu

şairlər sibirdə cümlə küləylər şəhərində
yolunu axtaran hər qadın birləşir xəzərimlə
mən sənə “dön gəl” deyəndə ağlayır qələmim də
azadlığa zindan olan dahilər gələ bilməz
barmaqlığın arxasında şair ölüm yasında
ölümü öldürən insanlar o kitablara yazılmaz
yolumu gözlədin hər səhər qismətimdi asılmaq
son nəfəsdə şeirlərimi əzbərlə ən azından…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...