lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – inkar

Loading...

daş qəlbli insanları neylərdin ilahi
hər zülmə dözən bu canda azadlıq fərari
şair şeirə həsrətlə aşiqdi hərarətə
dərdləri heçkəs yazmaz həyattək bədahətən
əlavətən bu melodiya dövrümüzə parodiya
militarizmə aşiqəm mən verin başımı orduya
azıx mağarasındaki son inqilabçı anarxist
beynimi tökün asfalta qanım gedər qalar hiss
küçüylər hürsün ay çıxanda ölüm görünsün
napalyonun qələbəsitək qatil olmalı verse~üm
yaratdığını edam edir ona maraqlı ölüsü
monarxiyanı qurmaq istiyən bu qələmi bölsün
tarixə son nəzərimizdə saray divarı kəsik baş
külli aləmə adətəm külək şəhərinə sirdaş
son peyğəmbərə çatıb dedilər öldü şeriyat
dedi birgün tanrı gələr o günə qədər şeirə yat
cümlə xəyanətlərə baisəm qanlı hafizəm
məsih dar ağacında ağlar gözyaşıyla vaftizəm
şərab qoxulu cənnətində bir sərxoş dayandı
allah oğluna yar oldu çarmıxa çəkib ayağını
hər dəlixanadan bir xatirə gözümdə adiləş
dəlix~n~ları doldururdu baş əyməyən dahilər
küçələrimin qaranlığını qaraldır o abidə
dar ağacında ölümü öldürüb yazmağa qadirəm

cəhalətimə təravətini qataraq öldü dənizlər
qız qalasından cənnətə silaha bağlı kənizlər
mən allahın rekviemi imza atıb əl izmə
axirətdə üsyanıma inkarımı gəl izlə
bizi tarixə var edən bir cüt göz yaşıl göz oldu
gözümün önünə gəldi okean o gün səyfələrim soldu
zaman dondu sərxoşun son iniltisini dinlədi
sakitliyin ən yaşıl tonuyla o tilsimdədi
çantamızda iki ölüm içim qələmi iki görüm
körpəliyivi təmizlə saçlarıvı ölümün özü hörür
tanrı bölür cümləmi xatırladır o günləri
şair gülüşünə yalvarmışdı şeir gülmədi
naləm ərşə çatar torpağımda teymur ad salıb
vətən satılmış namusu kağızlarda axtarır
~n~lizator sözlərim xəstəlik appersepsiya
elde balta beyin qələm verbal aqressiya
palatamda qan altında qaldı köhnə minarələr
beynim 7/62 qarabağtək viranəyəm
meydana terror gələndə alqışlar xalqım
şəhid qanını uddu torpaq qarğışlar qaldı
iyirmi beş sıfır yeddi min doqquz yüz yetmiş bir
o gün tanrı günahlarını yığıb ölümlə gedmişdi
çiynimizdən əksik olmadı saçlarının istisi
cənnətin dar dalanlarında tapmışdım iblisi


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...