lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – fəda

Loading...

əlimdə tozlu ulduzlar vardı, səmada var olub, ölümlə yardım
bir neçə candan keçmişdim, isâ’nın ruhuna yer dardı
allah demişdi: “oxu, buraxma”, oxuduqca anlamışdım dərdi
atam demişdi ki: “sev göydəkini”, göy sandıqlarımız dibdə idi
azanla bir yandırmışdım, tanrı’ların bakirə qurbanını
şərabı atəşə fəda edirdim, mükafatı ölüm qazandırıb
piramida’ların zirvəsində xaçdan ev tikmişdim gözlərimə
unudulmuş bir tanrı əlimdən tutar və “ta ölmə” deyər
görmədilər, sənin uğrunda keçdiyim atəşə “iblis” dedilər
eşqin ilahəsi qapımda yatdı, artıq cinayət istəmirəm
“bizdədi hər dərdin dəvası” deyən insanlar özünə tanrı dedi
oysa ki, tanrıların toplamı ruhumda yatırdı, yandı evim
mən cənnətə yol tapmadım ama dünyanı cəhənnəmə çevirdi kibrim
lənət dolu hər sualda düşdüm, ən dibdə ikən deyirdi, iblis
əlimi buraxma…
yanındayam, gəl birgə yanaq
əslində çox şey istəməmişdim, sən idin həyatı bizdən alan
son cümlədə əlimizdə qalan “لا إله إلا الله” gəldim
ruhumu təmizləyən dərd idi, şükür yazdı allah dərdi
başımız dik durduqca, ölümdən keçdikcə, haram öldükcə
bir neçə cümləyə sığmazdı sevgi, mən yanıram, sən görmürsən
indiyədək sevdiyim hərkəsdən bir yara gətirmişəm, qorxma
bu dövrün isâ’sı mənəm, məndən sonrası mənim qədər olmaz
bu gün qanlı tac var idi başımda, sən güldükcə ölürdüm
ayaqlarıma sildiyin saçın kirləndi, əzabı görünmür
məryəm öləndə öyrənmişdim, isâ donurdu, dekabr ortası
qəmli yolların sonrası, hətta nərgizlərin də solması
yanımda heç kim qalmamışdı, qüds’ə qədər soydum öz dərimi
qiyamət yatır qapımda indi, yâr isə “bir ömür gözlə” deyir
sən idin gözlədiyim…
ölməyi bacarmamışdım, bir neçə qara bayraqla keçirdik boş küçələrdən
mən susmuşdum, yaram danışdı
haram qarışdı, damarlarımdan axdığın günün sabahına
sən şahidsən, barmaq izlərim toxundu həqqin günahına


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...