lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – dəlixanadan sevgilər

Loading...

bu dəlixananı boşaltmaqçun doqquz gün gecikmişik
qaranlıqda həbs oluram kitablarda təşvişim
birsi bir gün gülümsətsə o biri dərdi verməlidi
şair səssiz ağlayırdı “nolar, şeir ölmə diril!”
bəlkə də sizə bəsit gəlir şeiriyyatımın əsirləri
burda dəyişən heçnə yoxdu küləy aparır fəsilləri
7 yaşıma qayıdım yadımdadı ölümlə əzilməyim
içdiyim o sətrlər də cənnətdən geri gətirmədi
əzablarımı öp alnından mürəkkəbimi qaraltdılar
sahib olduğum dörd şeydi; qələm kağız yataq duman
xəyallarımı satar bunlar, fahişə pulla yatar durar
inkarıma lütf eylə, tanrını onlar apardılar
kimsəsizlik eşqinə dolmalı hər gecə qədəhlər
cəhənnəmdə eşq şərabı var onu gətir gələndə
eyni səmanın altında eyni dərdə qurbanıq
“azad qal” deyib yatdı, asfaltdan durmadı

ciyərlərimə basdırdım, artıq ətrin ağrıtmır
tanrı dərdi yazdırdı, gözlərimdən artıqdı
geri verdi uşaqlığımı, bu ən kirli halımdı
gecə dozanı artırdı, səndə qalan ağlımdı
kədər sevgi nağılıydı, palatalar bağlıydı
son görüşdə ağlayırdı, gözyaşların haqqlıydı
keçmişini ayaqlayırdı, zəncirləri dartırdı
son siqareti saxlayırdı, sənsiz ölümü çağırırdı

psixoloji müharibələrim keçməmişdi xəzəri
başqa ürəklərin yarı, qəzəllərin gözəli
gecikdirmək olmur əcəli burda günah əbədi
çıxış yoxdu hələ ki biz yalanlarımız qədəriy
kafka ölümə ağlamadan ölüm qanına qarışdı
son məktubu yandıraraq milenayla barışdı
alışdı əsərlər kətanda qaldı rəsmləri
sevməmişdim əbədiyəti hər nəfəsin kəsir məni
üzü güləndə dənizlərin dizlərində qan izləri
on yeddi yaşında yaşında qaldı tanrılıq eskizlərim
dəliliyimə qarışmalıydı körpəlik kaprizləri
gülən gözlərində bir günəş diyarı gizlənir
ölümlə tək qoyub son anda itmişdim əllərindən
ağlayırdı ki “özünə gəl” yenə də düzəlmədim mən
iynələrimi gizlədib baxırdı sakit güzgüdən
dəlixanadan sevgilər.. bilirəm hələ də güclüsən…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...