lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – cənnətə məktub 4

Loading...

(verse 1)

və dördüncü il, hələ də eyni yerdəyəm, gəl
buna yaşamaq deyirdi kimlərsə, illər əvvəl
vaxt keçdikcə anlamışdım ki, çarə yoxdur
gəl yuxumda qal bir gecə son işarən olsun
yanımda eyni adamlarla yazdığım sən
iyirmi beş ilimi geridə qoyub basdırır dərd
son nəfəs qədər yalan idim və bir də dirilmədim
bir sən, bir bakı, bir də bax bu otaq bilir məni
ölənlə ölmək deyildi, bu ölüb yenə qalmaqdı
bəlkə sənin yerində ola bilsəydim, qalmazdım
əllərim yanır və ruhumu aldı son səhifəm
çox demirəm küləklə gəl, lap biraz qal hərdən
yanırdı pərdəm, divarlarda adın vardı
əmanətlərin olmasaydı, bil, tanınmazdın
məcbur yaşadığımız həyatın bu saxta gülüşləri
birdə həmin həyat öyrədirdi, gülüb dəyişməyi
bilirsən? bir aydı beynimdə ölür kimsə
deyir ki, “kəs damarlarını, fərqi yoxdu bizdən”
qapılardakı qan izləri adında gizlənib
adın üzümdəki hər izdədi

(verse 2)

illər keçdikcə unuda bilmədikcə ölmək
torpaqla tək qalsan da, alnından öpməz
“xoş gəldi” dediyim heçkimdə yerin dolmadı
eyni yerdə yıxıldıq, həyat durmağa qoymadı
biraz dəli, biraz köhnə, biraz qəmli
biraz da ölsəydim o gün, lap biraz da sənli
itsəydi ömrüm bu otaqda..
tanrıya çox yalvarmışdım ki vaxtı saxla (01.32)
və sonda öyrəndim, gedənlər qayıtmır
mən ölmək demişdim buna, yetimlik sayıldı
səndən qalan üç nəfər var, onlara xatir qalmaq
hər gecə eyni yerdə, tam eyni anda yanmaq
bilirsən? bir aydır beynimdə ölən mən idim
peyğəmbər yetimliyi, ona agah dərdim
heçkim bilməzdi, hansı səhradı qəlbim?
pərdələrim yandı, ən son ümidim tükəndi
varlığımdan ən təmiz xəyalı aldı, ruhum
həmin gün bütün mələklər adına salam dursun
burda eyni qalmadı heçnə, məndən başqa
uşaqlığımı gətir geriyə, ilk səndən başla

(verse 3)

bu dördüncü il, dərdi silmək olmur, anla
göz qapaqlarım yanırdı, zülmə doydum allah
dekabr gəlir, ölüm solur son limanda
bir gecəlik qal yanımda, ölüm son duanla
hələ də məndə sən və hələ də sərhəddirsə torpaq
pəncərəsiz qalmış evdə, pərdə çarə olmaz
gücüm qalmadı, sənlə bitməli idi yollar
yaram qabıq bağlamadı gəl məni tək qoyma..


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...