lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu tuncer ali – cənnətə məktub 2

Loading...

“1 il keçdi” dediyimin üstündən 1 il keçdi..
hələ də br
hələ də sən.. və hələ də mənlə yoxdu heçkim..
hələ də eyni dərdi paylaşan insan və gedənlər..
aldadırıq özümü “mütləq qayıdar” deməklə..
yuxuların qapısı olmurdu ~ səni gətirim bir gecəlik..
ölümü yazmaq olmur axı, olsa inan bir keçərik ~
bu ürəkdən, yanan evdən, qalan illər və kürəydən..
baxan mələk qədər imdat edir əllərdə biləkdən..
görən hərdən baxır ya oralardan yol tapmır
gecənin tək sahibi belə ayrılığla ortağdı..
yaralardan qan axmır, gəl göstərim tam ordan vur..
əlindən hər şey gedəndə, qorxmaz ki, alovdan qul..
nifrətə həbs olub yazdığ hər sonu, gözlər dolur..
3 il boyunca qışqırdı “nə olar, ölümdən qorun..”
tanrıya üsyanın səhifələrində haqqım yatır..
torpaq səni aldı, xatirələri basdırmadı..
indi şəhərin hər yanında duman, gözlə, buludlar..
bir neçə insan qalır onlarda dərdlə durublar..
bu qədər hissi qurutmağ ya həyatın axmaqlığı..
ölümsüzlüyü axtarıb ~ həsrətiydi tapdığım..
səsin yadıma düşmür, pərdələr yanır, tərpənmir..
çox demirəm, küləklə gəl, bir salam ver, hərdən bir..
qapılarda qan izləri.. adında gizlənim..
2 ci il, adın üzümdə ki hər izdədi..

(verse 2)

anladım ki, faydasızdır, “ölmə!” deyib, yalvarmağ..
yalanlarda çarəsizdir, məsafələri aldatmağ..
olmayacağ.. əsarətimə ordan bax..
qəza kədəri unutdurdu, sonra susdu okeanlar…
getdilər ən çətin gecəmdə, həyatdan keçənlər…
əlimdə heçnə qalmır, bu qaranlığda heçəm mən…
kitablarda yarıda qaldı, qapını döydü 5 hərfi..
qaçacağ yerim olsa inan səndən öncə gedərdim…
vidalardan qorxmuram, bu qorxu deyil xəstəlikdi…
yadındadı, hər gecə dəli, pərdələrimi tərpədirdi…
gecən qədər varam deyənlər yox oldu bir anda…
inanma! ölümə haqq deyən haqsıza inanma!
adını əzbərlətdiyim insandan əsər qalmadı..
getdiyi gün gözləmişdi ki, hardansa yalvarım..
qorxularımı sənlə basdırıb keçdim dənizləri..
qanımdakı duman qədər dərində gizlədim səni…
dəlixandan sevgilər! damarlarımda gücümsən!
2 il qışqırmaq eyni duanı, bax gülümsə..
getmə! yollarında lənəti tapdı gözlərim..
gözüm dediyim insanlarda təkliyimə dözmədi…
sonra dəlixana.. sonra qalmayacaq həmin adam…
küləklərlə yoldaş olub, son nəfəsimi gəlib alar…
qapılarda qan izləri.. adında gizlənim..
2 ci il, adın üzümdə ki hər izdədi…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...