lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu the muraz [az] – səmalara toxunaq

Loading...

[bənd 1]
səmalara bax, yanır göydə bir ulduz səssiz
o ulduz mənəm, ah, kül olanadək yanıram sənsiz
yaxınlar uzaq görünür mənə sən olmayanda yanımda
yadımda, sənin hər zərrən yadımda

öpüşün buzları əridir, inan, o möcüzə yaradır
sevişək, sevməyənlərə inad, bu sanki bir odadır
hisslərimizin əsəri
bunun yoxdur bir tayı, bənzəri
sevgi tanrının şahəsəri
onu inkar edən özünü aldadır

saçların qoxlamaq, ətri dəli edir adamı
sübhə qədər yatmamaq, necə yormazmış insanı
bəsdir, bəsdir, bəsdir
hamı deyir mənə ~ sevgi özünə qəsddir
necə toxunuş nəfəsimi kəsdi
elə kəsərəm ipini bütün dünyanın

[nəqərat]
gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
hüsnünə uduzar zülmət
mənə sənin olduğun hər yer cənnət
gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
hüsnünə uduzar zülmət
mənə sənin olduğun hər yer cənnət
(gəl…)

[bənd 2]
yox daha yol geri
bəlkə də heç deyil bunun zamanı, nə yeri
amma səni gördüyüm andan bəri mən
bir şeyi dərk eləmişəm, sənin yanındadır mənim yerim

yəni, belə uzaq olma mənə, bir az olaq yanaşı
yanaşı olmaq biz ikimizə yaraşır
insanların fikri mənim vecimə də deyil
bir az ulduzları dinlə, onlar bizdən danışır

hətta səmalarda hamı bilir bunu
dəyişmək olmaz taleyin hazırladığı sonu
sən mənim alnıma yazılmısan bir dəfəlik, anla
bir başqa ssenari varsa beynində, onu unut

gözlərini yum…
xəyalında görüşərik səninlə
gözləyəcəm hər an həyəcan ilə
uçmaq üçün hər şey hazır, vaxt azalır
qorxmaq vaxtı deyil, cəsrət elə
[keçid]
səmalara toxunaq
gecə, bir də dolunay
səmalara toxunaq
gecə, bir də dolunay

[nəqərat]
gəl, gəl, gəl, səmalara toxunaq, sevişib yenə dəlilər kimi
yox əngəl, gecə, bir də dolunay, evimiz ayrılana kimi
hüsnünə uduzar zülmət
mənə sənin olduğun hər yer cənnət
gəl…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...