lirik lagu tacir şahmalıoğlu – yolun düşsə bu dünyaya, bir də gəl
[giriş]
göy üzündən yerlər uzaq görünər
yerdəkilər göyə doğru sürünər
hər gün ruhum parça~parça bölünər
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 1]
ağrılarım, acılarım dinməyir
sən gedəndən bir gün üzüm gülməyir
bu dünyanı görən gözüm görməyir
yolun düşsə bu dünyaya, bir də gəl
bilirəm ki, getdiyin yol uzaqdır
hər bayramım bir tələdir, tuzaqdır
hər bayramım bir tələdir, tuzaqdır
sən gedəndən ev~eşik də sazaqdır
sən gedəndən ev~eşik də sazaqdır
yolun düşsə bu dünyaya, bir də gəl
ey, yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 2]
gündüzlərim döndü gecə oldu, gəl
cavanlığım yavaş~yavaş soldu, gəl
səndən sonra dünya bomboş qaldı, gəl
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 3]
duman çöküb, yollarımı görmürəm
nə müddətdir, danışmıram, gülmürəm
getdiyin yer hər necədir, bilmirəm
yolun düşsə bu dünyaya, bir də gəl
səndən sonra dünya necə dar oldu
dərdlərimə göz yaşlarım yar oldu
dərdlərimə göz yaşlarım yar oldu
bilsən, ömrüm necə ahu~zar oldu
bilsən, ömrüm necə ahu~zar oldu
yolun düşsə bu dünyaya, bir də gəl
ey, yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 4]
gəl, yolunu uca dağlar gözləyir
gül~çiçəkli barlı~bağlar gözləyir
vəsilənin gözü yollar gözləyir
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
gəl, yolunu uca dağlar gözləyir
gül~çiçəkli barlı~bağlar gözləyir
vəsilənin gözü yollar gözləyir
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
Lirik lagu lainnya:
- lirik lagu jay bizzze – you thought i was playin
- lirik lagu argento – homecoming
- lirik lagu cinek – banknot robi banknot
- lirik lagu m4rsyy – solitude
- lirik lagu biggie68 – mond
- lirik lagu beautiful panda – look what you’ve done
- lirik lagu woody pond – west side story
- lirik lagu 44romance – love for granted
- lirik lagu slump6s – did it again
- lirik lagu jimilian – hygger mig