lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu shamo mammadov – mənə yüz il ömür arzulamayın

Loading...

[bənd 1]
mənə yüz il ömür arzulamayın
xəzan yarpağıtək qovmasın külək
gözlərim görsə də, ayağım, əlim
əsalı olanda dayansın ürək
mənə “yüz il yaşa!” deməsin dostlar

yerişim, gülüşüm, səsim itməsin
məndən cavan olan, gümrah olanlar
dünyadan çiynimdə köçüb getməsin
məndən cavan olan, gümrah olanlar
dünyadan çiynimdə köçüb getməsin
[nəqərat]
mənə elə ömür arzulayın ki
ölüncə ümmantək çağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim

mənə elə ömür arzulayın ki
ölüncə ümmantək çağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim

[bənd 2]
taleyim sevgiylə baxsın üzümə
görsün yad payına şərik deyiləm
gərək olmayanda özüm~özümə
deməli, heç kəsə gərək deyiləm

mənə yüz il ömür arzulamayın
ləyaqət, təmiz ad atıb getməsin
dünyada qalacaq malı dünyanın
karvanım lənətə batıb getməsin
dünyada qalacaq malı dünyanın
karvanım lənətə batıb getməsin
[nəqərat]
mənə elə ömür arzulayın ki
ölüncə ümmantək çağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim

mənə elə ömür arzulayın ki
ölüncə ümmantək çağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim

mənə elə ömür arzulayın ki
ölüncə ümmantək çağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim

mənə elə ömür arzulayın ki
ölüncə ümmantək çağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim
qapı~pəncərəni öz evimdəki
özüm aça bilim, bağlaya bilim


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...