lirik lagu shamo mammadov – bəlkə də
[bənd 1]
sən gedəli qəlbimə daş bağlamışam
intizarın illərimi aldı mənim…
kaş ki, biləydin nə qədər ağlamışam
hər dəfə yollarda gözüm qaldı mənim
kaş ki, biləydin nə qədər ağlamışam
hər dəfə yollarda gözüm qaldı mənim
[bənd 2]
həsrətin axır ki, məni çəkdi dara
könlüm olubdur qara zülfün əsiri
sən də gəl insafa bir, axtar bir ara
bəlkə ölür səndən ötrü burda biri
sən də gəl insafa bir, axtar bir ara
bəlkə sənin üçün darıxır burda biri?
[nəqərat]
bəlkə də heç gəlməyəcəksən bu gecə?
bəlkə də yollarda hədər gözləyirəm?
hər kəsin öz yarı gəlib kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
bəlkə də heç gəlməyəcəksən bu gecə?
bəlkə də yollarda hədər gözləyirəm?
hər kəsin öz yarı gəlib kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
[bənd 3]
yollarını gözlədim illər boyu mən
sən məni atdın kədərin qollarına
bəlkə də heç dönməyəcəksən yenə sən?
hər gün ümidlə baxıram yollarına
bəlkə də heç dönməyəcəksən yenə sən?
hər gün ümidlə baxıram yollarına
[bənd 4]
ruhumu izlər gecədən sübhə kimi
bir də səni görməməyin şübhələri
bəlkə də heç olmadı əvvəlki kimi?
yığmışam üst~üstə yenə “bəlkə”ləri
bəlkə də heç olmadı əvvəlki kimi?
yığmışam üst~üstə yenə “bəlkə”ləri
[nəqərat]
bəlkə də heç gəlməyəcəksən bu gecə?
bəlkə də yollarda hədər gözləyirəm?
hər kəsin öz yarı gəlib kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
bəlkə də heç gəlməyəcəksən bu gecə?
bəlkə də yollarda hədər gözləyirəm?
hər kəsin öz yarı gəlib kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
[keçid]
bəlkə də heç gəlməyəcəksən bu gecə?
bil ki, yollarını hədər gözləyirəm
[nəqərat]
bəlkə də heç gəlməyəcəksən bu gecə?
bəlkə də yollarda hədər gözləyirəm?
hər kəsin öz yarı gəlib kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
bir mənəm illərdir xəbər gözləyirəm
bir mənəm illərdir xəbər gözləyirəm
Lirik lagu lainnya:
- lirik lagu hurcker – si no eras pa’ mí
- lirik lagu foyone & cecilio g. – iphone
- lirik lagu kumazis! – yeti
- lirik lagu tersivel – weeping iron tears
- lirik lagu little hurt – chelsea’s coming over
- lirik lagu нестор (whatswrongwhu) – лячно (imscared)
- lirik lagu tiësto – hot in it
- lirik lagu mya (arg) – taza taza
- lirik lagu mr . young – это битчез (this is bitches)
- lirik lagu gracie abrams – amelie