lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu rüzgar – təsadüfən əlim dəydi

Loading...

[chorus]
bu elə bir yuxudur ki, gördüklərin film deyil, ey, film deyil, ey, film deyil
bu filmi istəmirəm, təsadüfən əlim dəydi, mənim əlim dəydi, əlim, əlim dəydi

[verse 1]
kiçik arzular böyük bəlalara hamilədir
ritm və notların ehtirası bizi bu yolda ram elədi
daha nə olsun, səbr elə bir az
dəqiqədə 60 saniyə dolsun
mən deyən olmasın, tərbiyən olsun
boş yerə gedəcək sərfiyyat onsuz
yaxşı musiqi, xeyir əməl kimi
gərək ki qəlblər feyziyab olsun
boş buraxdım zamanın ipini
sən çalış, durma, hey ziyan olsun
çox deyirdim olsaydı şans
verilib bəlkə də, yox saymışam
biz qaçırıq, bax, arzular arxasıyca
dost~tanışa, toy, ya nişan
bu şəhər bu yaşama layiq deyil
pis olub yaxşı yaşa, mənə aid deyil
bu gün~sabah biz də olacağıq valideyn
ya dəli ol, ya zəngin, everyday holiday
bu film bənzəyir göyqurşağına
həyatım ağ~qara toz~torpaq deyil
rənglər yalandır, danışar yığına
yaxşı görünmək yaxşı olmaq deyil
get, aç, bax, gör nə qədər var
nə gələn var bura, nə gedən var
bu camaatın üzündə zəhrimar da var
heç fərqlənmir maqadandan bura
söhbətinin boyu qısadır
belə vur~tut, ən çox döl qədərindədir
bizi tapmaq istəsən əgər, bu şəhərin hər bir döngələrindəyik
hər bir tində~bucaqda var
amma hər bir şeydən uzaqda qal
tər tökmədən gəlmisən bura
oturmusan lap qucaqda
[chorus]
bu elə bir yuxudur ki, gördüklərin film deyil, ey, film deyil, ey, film deyil
bu filmi istəmirəm, təsadüfən əlim dəydi, mənim əlim dəydi, əlim, əlim dəydi

[verse 2]
dostlaşmışıq təblə
sevirəm işimi qəlbən
mənə lazım deyil heç sərvət
təki yaşayım həyatımı sərbəst
gör neçə illərdir musiqiyə sadiqik
bizi çoxu tanıyır, bilir nəyə qadirik
biz səhnəyə layiqik, olacağıq daima
istəyirik eşitsin səsimizi kainat
ömrümüz bilinmir görəsən neçə il yazıb yaradan taleyimizə?
vacib olanları unutmuşuq
görəsən şeytan mı girib içimizə, üzümüzə durur
qürur vurur bizi bizə
axı niyyətin təmiz, nəsə bir səhvin və nəsə bir pis əməlin varsa düzəlt
həyatı yaşama boşa, başını işlət, sən vurma başını daşa
daşıb həddini aşanın həyatı tez göz olub alışır
düzgün dur, düzgün qur şəraitini ki həyatını rahat vurasan başa
bu fani dünyada yaşa vicdanla
layiqincə yaşa, keç imtahandan
orada keçmir heç bir bəhanə
günahların cəhənnəmdə səni edər əhatə
[chorus]
bu elə bir yuxudur ki, gördüklərin film deyil, ey, film deyil, ey, film deyil
bu filmi istəmirəm, təsadüfən əlim dəydi, mənim əlim dəydi, əlim, əlim dəydi


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...