lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu roof is mine – qorxuram

Loading...

[bənd 1]
çox istərdim, barışım
yalanından qorxuram
bu sevginin kor edən
dumanından qorxuram

başlamağa nə var ki?
davamından qorxuram
sənlə ailə tikərdim
suvağından qorxuram

soruşursan, sevirəm?
sualından qorxuram
sənə necə yox deyim?
cavabımdan qorxuram

gəlim, yanım istinə
ocağından qorxuram
sevgim durub qəsdimə
qucağından qorxuram

[bənd 2]
bu gün mənim gülümsən
sabahından qorxuram
sən arsızsan, gülürsən
mən arımdan qorxuram
xatirəni yadımda
saxlamağa qorxuram
etibarını sınamaq
yoxlamağa qorxuram

sən dəryasan, sən dəniz
mən batmaqdan qorxuram
sən yanımda olanda
mən yatmaqdan qorxuram

vədlərin elə qəliz
anlamağa qorxuram
elə peşman baxırsan
danlamağa qorxuram

[çıxış]
sözlərin güllə, giliz
danışma gəl, qorxuram
ayrılsaq da, biz biriz
qayıtma gəl, qorxuram

sözlərin güllə, giliz
danışma daha, qorxuram
ayrılsaq da, biz biriz
qayıtma gəl, qorxuram
qorxuram…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...