lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu rəşad ilyasov – sənin gülüşlərin

Loading...

[bənd 1]
qarşımda nazlanıb yеnə gülürsən
bilsən gülüşlərin nəyə bənzəyir?
mən dеsəm artıqdır, özün bilirsən
lalə yarpağında şеhə bənzəyir
mən dеsəm artıqdır, özün bilirsən
lalə yarpağında şеhə bənzəyir

[nəqərat]
cahan ki, solmayan bir bağça~bağdır
burda rəvamıdır gülmədən ölmək?
yazıq o şəxsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək!
yazıq o şəxsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək!

[bənd 2]
sənin gülüşlərin yaz səhərindən
hissimə, fikrimə sanki rəng alır
gül ki, gülüşlərim şeirlərindən
qırılmaq bilməyən bir ahəng alır
gül ki, gülüşlərim şeirlərindən
qırılmaq bilməyən bir ahəng alır

[bənd 3]
sənin gülüşlərin bir rüzgar kimi
əsərkən arzumun gülü açılır
gülsə dodaqların ulduzlar kimi
ruhuma bir sərin işıq saçılır
gülsə dodaqların ulduzlar kimi
ruhuma bir sərin işıq saçılır
[nəqərat]
cahan ki, solmayan bir bağça~bağdır
burda rəvamıdır gülmədən ölmək?
yazıq o şəxsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək!
yazıq o şəxsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək!
yazıq o şəxsə ki, qaraqabaqdır
nə qədər yaraşır sizlərə gülmək!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...