lirik lagu rəşad ilyasov – necə
[bənd 1]
ah, mən gündən~günə bu gözəlləşən
işıqlı dünyadan necə əl çəkim?
ah, mən gündən~günə bu gözəlləşən
işıqlı dünyadan necə əl çəkim?
bu yerlə çarpışan, göylə əlləşən
dostdan, aşinadan necə əl çəkim?
bu yerlə çarpışan, göylə əlləşən
dostdan, aşinadan necə əl çəkim?
[bənd 2]
həyat dedikləri bu keçməkeşdən
qəlbimdə, qanımda yanan atəşdən
həyat dedikləri bu keçməkeşdən
qəlbimdə, qanımda yanan atəşdən
gecədən, gündüzdən, aydan, günəşdən
bu əngin fəzadan necə əl çəkim?
gecədən, gündüzdən, aydan, günəşdən
bu əngin fəzadan necə əl çəkim?
[bənd 3]
mehriban sevgilim qarşımda durdu
yenə şairliyim başıma vurdu
mehriban sevgilim qarşımda durdu
yenə şairliyim başıma vurdu
məndən məcnun könül maraqla sordu
“bu saçı leyladan necə əl çəkim?”
məndən məcnun könül maraqla sordu
“bu saçı leyladan necə əl çəkim?”
[sonluq]
necə, necə əl çəkim?
necə, necə əl çəkim?
bu saçı leyladan necə əl çəkim?
necə əl çəkim?
bu saçı leyladan necə əl çəkim?
Lirik lagu lainnya:
- lirik lagu nrbq – rip it up
- lirik lagu dans (ita) – fiori di loto
- lirik lagu jack cheshire – ocean floor
- lirik lagu oni boy – blood oath dyad
- lirik lagu banky w – find my trouble
- lirik lagu natewantstobattle – sora ni utaeba (from “my hero academia”)
- lirik lagu prettyboysage – tycoon!
- lirik lagu raye – born again
- lirik lagu renata irsa – zupa
- lirik lagu bunt. – when you find love