lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu qaraqan – qayidacam belke

Loading...

[nəqarət: qaraqan]
qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?

[verse: qaraqan]
qayıdacam, bəlkə, …
mən bilirəm bu səhvdir, amma
onun gözləri necə gözəl və geyindiyi bu qadın cildi
təqlidlər məhv edir bircə gülüşü
parlaq ipək kimi saçlar və hiyləgər hərdən ağlar
atma yanımda qal, tək sən məni anladın
bu mənim vərdişim təklənəni olmur atmaq
tanrı isə səmada yüzminlərlə mələklə
çatır bütün arzulara, var olur bütün istəklər
amma aşağıda cəhənnəmdə qulları zəncirlənmiş saxlayır
qandalların izindən yara açır biləklər
nə idi səhvi insanlarin
iç üzünü açdı niyə olmur təslim
çünki ruhu yaltaq deyil, azaddır
yüz min tənqid və bir nəfər belə yoxdur yanında
belədir aqibəti düz söz deyənlərin sonu da

[nəqarət: qaraqan]
qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?
qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?

[verse: qaraqan]
həmin o iblis mənəm
sizin puldan tanrıları məhv edərək bu cümlələrlə beyinlərdə
üsyan salırdı qafiyələr
valideynlər danlayırdı
“qulaq asma”, yoxsa sənin həyatın olacaq cəhənnəm
həqiqətə susulmalı və danışılmamalıdır
pul saraylarına yoxsa səni buraxmazlar qapıdan
qara pencəkli və yüksək vəzifəli mələklər
düzəldər səni işə, bəs nə verir sənə qaraqan?
cavan oğlan hələ nə yazdıqlarını anlamır
mənim yaşımda olanda sən də mənlə razılaşacaqsan
bizim dünya ibarət tanrıya ibadətdən
ya səcdəyə gedəcəksən, ya burdan qaçacaqsan
amma qaçma
nə qədər yaxşı olsa da qal bizimlə
biz ki, səni böyütdük, yaşlandıq, elə öl bizimlə
oğul, dinlə
qəfəsdə doğulmur canavarlar
bir gün belə sağ qala bilməz özbaşına meşədə
[nəqarət: qaraqan]
qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?

qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?

[verse: qaraqan]
indiki zəmanə göstərir şeytanları mələktək
səni allahlaşdırarlar insanlar, vurma minnət
çiyninə tikərlər “armani”dən bahalı qanadlar
üzünü bəyaz rənglə boyayar super salonlar
istədiyin adam haqda pulla yazdırıb şayiə
az pula fırıldaqçı, çox pula vətən xaini
hansı dini, hansı milləti istəsən seçərsən
sən pasport kontrolu keçəl franklinlə keçərsən
və belə bir mələklər dünyasında mən iblisəm
çünki öyrəşməyib nəsə çətin qatlanır bu dizlər
nəsə kəsilmişəm mən yaltaqlıq imtahanından
və dəbdə deyil, pis baxırlar bu gün doğru sözə
mən şairəm, deməli, yoxdur sərhədlər mənim üçün
bilmirəm kimdir gəmiçi və ölmürəm gəmi üçün
mənim ruhum əzilmir, büzülmür yalandan
güldür məni, yaşat və ucalt
ya da bacarırsan öldür!
saraylardan və onların cənnətindən qovulmuş
mənim adımla uşaqları gecələr qorxudur
günahlar öz qaydalarına görə özünü biçir
sonra baş əyməyi öyrənir
görür və susur
əziz uşaqlar, bu mahnıları dinləməzdən əvvəl
görün nə deyir sizə hörmətli valideynlər
nə deyir tənqidçilər, dostlar və müəllimlər
və digər yaşayanlar qaraqanın dövründə
[nəqarət: qaraqan]
qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?

qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim
əgər getdimsə bir də dönərəm çətin
amma kim bilir qayıdacam, bəlkə?

qayıdacam, bəlkə, buraları tərk edib
bu mənim özümü dərkim


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...