lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu puzzle (az) – qara sevgi

Loading...

[verse 1]
salam, bu məktub sənə çatmaz yəqin
çatmaz, mənimçün edər yenə əlçatmaz səni
tək parçam məmim, sənsən ~ səninlə tamamam
çünki, puzzle’ın həyatı olur yenə sənlə tamam
səhərlər tavan, necə gecələr yer ~
bizimçün bir olanda olurdu eyni gecə hər yer
mən neçə hərfi yan~yana düzdüm səninıə
axı, yolboyu necə qol~qola gəzdim səninlə?
soyudum səndən, isindim həqiqətə
ayrılıq gətirmişəm; açmırsan hədiyyəni?
hər dəfə sən ayrıldın, seçim etmək üçün yenə
sən məni yol etdin, keçib getmək üçün demə
birdən, (bax!) düz yanından ötür qız
göz yaşında qalır, yanaqdan süzülür tez
bayaqdan süzürəm, iç
sevdiyin bilinmir heç
mənim günahımdan, sən ~
sabahdan ölürəm ~ keç

[bridge]
mən heç, (x2) əsas yaşasın bu sevgi
sən heç, (x2) əsas yaşasın bu sevgi
yəni, əsası sevgi, qalanı təfərrüat
bizdə ayrılıq yoxdu, sadəcə tənəffüs var

[verse 2]
xəbər edir: “yoldayam, çatıram daha”
mesajı oxuyub, telefonu atıram bir bir qırağa
özümdən aslı deyil, bu haqda düşünəndə əsəbi oluram
bu qız məni anlamır, mən hər dəfə sözünün kəsəri oluram
amma xeyri yox, tamamladım mən əsəri onunla
biz kəsəli yollar keçmişik axı, həndəsi yolla
küləyin qarşısını kəsə bilməzsən, əsər min yolla
bu, həyatın özü və sadəcə bir məsəldi, valla
səni mən sevsəm nə qədər, zənn et ki, o qədər azdı
məsafə ~ uzaq, amma uzaq ~ yaxından doğmaqlıqdı
sevgidə qarşı tərəfi ucaltmaq, yobazlıqdı
bu yolda qaçmağa gücün olsa, səni yormazdım mı?
yenə yoxa çıxdın
mən “qapını qağla” deyirəm, sənsə “yox, açıxdı”
zamanında endiyim zirvədən yuxarı çıxdım
yuxum acır, səni görmür, amma səni görən gözlərim daima yuxuya acdı…
yeraltında öldü yolçu
ruhu oldu puzzle, üzü yuxarı qaçdı
yox e, acdı, amma gizlədir
yaman gözlədi, gəlmədin
o da getdi əbədi
yox həlli əməlin…

[outro verse]
verirsən yara, sevgi
gedirsən hara, sevgi?
ağ körpü’nü keçib olursan reski qara, sevgi
böyümədin bala, sevgi
qayıtdın dala, sevgi
~ doymadım. mən neyniyim?
~ doymadın?! onda, yala sevgi! (yenidən…)


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...