lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete – utopiya – 11 mart versiyası

Loading...

[bənd 1]
fikirləş ki, bitməz gecələr
fikirləş ki, açılmaz səhər
fikirləş ki, daha qapını döyən olmayacaq
boşalıbdır bu şəhər

fikirləş ki, tək darıxırsan
fikirləş ki, daim qorxursan
fikirləş ki, kimisə axtarırsan
amma heç vaxt tapmayacaqsan

[nəqərat]
sən çox qaçdın, qapandın içinə
tərk edildin, olmadı vecinə
iradənin gücünə arxayındın
amma bilmirdin, düşmək var düyünə

bu günə gətirən özünü özünsən
düzünə qalanda, özünə dözürsən
atdığın addımların yaradıb suallar
indi təklikdə çözürsən

[bənd 2]
fikirləş ki, geri qayıda bilərsən
fikirləş ki, odu soyuda bilərsən
fikirləş ki, qəbul olundun
de görüm, hikkəni uda bilərsən?
fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür
nə qədər düzgündür? elə də fərqi yoxdur!
əsas odur ki, həyatın bir günlükdür
daha heç vaxt boğulmayacaqsan
günahlarınla, savablarınla
daha səni heç vaxt, heç nə sıxmayacaq
sıfırlanıbdır karma

yalanlar, davalar oxunulur ancaq kitabdan
sətirlər çox xoşa gələn olub
sətiraltılar çıxıbdır cavabdan

səni sevirlər əvəzsiz
sən heç nədən olmursan həvəssiz
istədiyin hər şeyi edə bilirsən
yardım əlsiz, köməksiz

elə bir şey yoxdur ki
sən onu düşünəndə belə qorxasan
utopiya nə qədər xoş olsa da
ayılırsan bir gün yuxudan

[nəqərat]
sən çox qaçdın, qapandın içinə
tərk edildin, olmadı vecinə
iradənin gücünə arxayındın
amma bilmirdin, düşmək var düyünə
bu günə gətirən özünü özünsən
düzünə qalanda, özünə dözürsən
atdığın addımların yaradıb suallar
indi təklikdə çözürsən

sən çox qaçdın, qapandın içinə
tərk edildin, olmadı vecinə
iradənin gücünə arxayındın
amma bilmirdin, düşmək var düyünə

bu günə gətirən özünü özünsən
düzünə qalanda, özünə dözürsən
atdığın addımların yaradıb suallar
indi təklikdə çözürsən


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...