lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete – qurtul

Loading...

[bənd 1] [promete]
günəş, parlaq səma, tozlu pəncərə
çərçivə arasından sızan şüa
qəribə ahəng, qəribə qamma
puç olmuş arzular
hər şey çox bəsit, mənasız dünya!

fikirləşir ki, bəlkə, toz olum?!
mən də sızan şüada rəqs edim
amma kölgə var və görünməmək qorxusu
ya da səs olum
qucaqlayım qulaqları və beyni
mən yazıram ki, sən eşidəndə yaşayım
mən bilirəm ki, sən eşitdin, mən yaşadım
hər sətirimdə çək nəfəs və gülümsə
qoy, gözlərində təbəssüm görünsün

[nəqərat] [promete]
qurtul bu cəmiyyət qəliblərindən
tələ sevgilər saxlayan
paslı insan qəlblərindən!

qurtul bu cəmiyyət qəliblərindən
tələ sevgilər saxlayan
paslı insan qəlblərindən!

qurtul bu cəmiyyət qəliblərindən
tələ sevgilər saxlayan
paslı insan qəlblərindən!

[bənd 2] [aid]
əgər sən öz hökmünlə barışmağa “yox” desən
əgər sən içdə yatan arzularına “qalx” desən
əgər sən bezib bir gün bu yerləri tərk etsən
yenə də gülümsə, qəm itsin gözlərində

qoy, tükənsin! xəyallarının hamısı bəsdir artıq, böyü bir az!
həyatda uzaqlarda çox olmusan, amma həyat hələ dayaz
bahar, yoxsa yaz, fərqi yoxdur ~ sənlə mən kimi
bu təbiətin bir qanunu, sevinclə qəm kimi
sol, gözlərində solan o hisslər kimi
qaç, sevgimizdən qaçan mələklər kimi
bax, bircə dəfə də həyata kor insan kimi
yol uzanmışdı, amma biz tükənmədik ki!

həyatım, sən ömrümdə yoxsan artıq!
bilməsəydi, qərənfil qəmli sayılmazdı, insan ölməsəydi!
döndü attığım hər addım, darıxardım dönməsəydi
ölməsəydi susuz dərviş, bəlkə, ağac əkərdi səhrada?!

[nəqərat] [promete]
qurtul bu cəmiyyət qəliblərindən
tələ sevgilər saxlayan
paslı insan qəlblərindən!

qurtul bu cəmiyyət qəliblərindən
tələ sevgilər saxlayan
paslı insan qəlblərindən!

qurtul bu cəmiyyət qəliblərindən
tələ sevgilər saxlayan
paslı insan qəlblərindən!

[çıxış] [promete]
mənə yaddır bu səma!
sənə düşmən bu günəş!
yenə qarlı bu dağlar!
budaqlar yarpaqsız!
mənə yaddır bu səma!
sənə düşmən bu günəş!
yenə qarlı bu dağlar!
budaqlar yarpaqsız!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...