lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete – heykəllər

Loading...

[bənd 1] [promete]
elə şeylər var ki, onlar olur, sadəcə baxırsan
qarışa bilmirsən olanlara, olsan da yaxın sən
gözünü çəkə bilmirsən olanlardan
donub heykəl kimi qalırsan o anlarda

bəs heykəllər? görən olurlarmı hansısa məqamda insan?
danışardı nələri, əgər insan olmaq alınsa
nələri xatırlayır, nələri çıxara bilmir yaddan?
nələr gəlmir xoş və ya saxlayır həyatda
soruşsaq sabirdən və o danışsa birdən
görəsən deyərdimi ayılmışıq cəhalətdən?
indi zaman fərqli, dəyişib insanların düşüncəsi
belə deyildi bu millətin iki əsr öncəsi

baxıram sabirə… papağına göyərçinlər qonub
danışmır bircə kəlmə belə susub, donub
bəlkə də alınsa da dinməzdi o
onu bu küçədə gördükləri yaman yorub

[nəqərat] [aid]
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri

illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri

[bənd 2] [promete]
nəsimi danışardı yəqin bizə
həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda
car çəkməkdə davam edərdi o
insanın aliliyin və cibində tiryək filanla tutulardı
füzuli deyərdi ki, rüşvətin bu həddə çatacağın
yatsa yuxusuna da gətirə bilməzdi
evləri sökülmüş sakit duran o əhalini illərdir tanıyır
və əmindir ki, bu millət ölməzdi

nizami şikayətlə danışardı gənclər yazan sms~dən
onlar qəti qaynaqlanmırlar leyli~dən ya da qeys~dən
deyərdi bu cümlələri hirslə
bir bilsəydim kimə qalacaq irs xəmsəm

və ya eşitsə bircə anlıq musiqimizi hacıbəyov
ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda?!
cavid yəqin ki, dəli olardı
danışılanları eşitsəydi öz milləti haqqında

[nəqərat] [aid]
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri

illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri

[nəqərat] [promete]
illəri yola salıb, ötürüb nəsilləri
zamana qalib gəlib keçərək fəsilləri
nələri görüb, bacarsaydı danışardı nələri
bu qocaman şəhərin qoca heykəlləri

[bənd 3] [promete]
yəqin ki, əhməd cavad da istərdi daima
dayansın elə bir yerdə ki, görünsün bayrağ
ya da almas ildırım bəlkə də istəməz
heykəli ucaldıla birləşdirilməmiş torpaq

neçə~neçə insanlar gedib əqidə üstə
bizsə indi yaşayırıq demək olar əqidəsiz
baxış bucağım dəyişir yaşlandıqca
amma hələ də təsəvvür etmirəm bakını rəsulzadəsiz


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...