lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete – gün doğsa (from “ikinci pərdə”)

Loading...

[bənd 1] [promete]
əlimizdə, dilimizdə görünməz qıfıllar var
üzlərdə ilıq təbəssüm, ürəkdə buzlaşmış qar
beynimiz sonsuz otaqlar, amma bu otaqlar da dar
bir az utansaq, susarıq di gəl ki, çəkirik car

nəyə təəccüb, nəyə heyran? itib əvvəli sonu
nəfəs kəsir həyatlar, ölüm də gəzir kənar
deyəsən çox uzanır yol və sonda yoxdur işıq
nə bitir qış soyuqları, nə gəlir isti bahar
[bənd 2] [rövşən nicat]
qəfil gün doğsa bir gecə
dünya qəfil işıqlansa
şəhər~şəhər, küçə~küçə
otaq~otaq işıqlansa

qəfil gün doğsa bir gecə
dünya düm ağ işıqlansa
şəhər~şəhər, küçə~küçə
otaq~otaq işıqlansa

görərik kimlərin əli
kimlərin cibindən çıxır
kimlər əyilə~əyilə
kimlərin evindən çıxır

[bənd 3] [promete]
çətindir bağırmaq bu qədər səs~küyün içində
gərəkdir hər bir şeyə təqdimat və fərqli biçimdə
o qədər sadədir hər şey, o qədər gözdən düşmüş
sözləri, sətirləri çıxmadan boğuram içimdə

kürəyi balta yeməyən bilməz ki, bel ağrısın
yalana tuş gəlməyən bilməz ki, yel ağrısın
nə qədər mən sevənik biz, nə qədər məndən uzaq
mənə nə? ağrımıram! ağrısa, el ağrısın
küləklər sovurdu qorxunu, artıq yoxdur qorxaq
qəribədir, amma ki, səsi də yoxdur heç kəsin
pərdələr enibdir çoxdan və bir də çətin qalxa
qorxuram, bizim nəsil bunu bir daha görməsin

göllərin dama~dama olduğunu unudanlar
sonda həmin o damcılarda boğularlar
mütləqdir dəyişməsi yerinin ağın qaranın
batanda günəşlər ulduzlar doğularlar

[bənd 4] [rövşən nicat]
qəfil gün doğsa bir gecə
min~min gizli günah görsək
üstünü örtə bilməsə
bu dünyanı çılpaq görsək

qəfil gün doğsa bir gecə
min~min gizli günah görsək
üstünü örtə bilməsə
bu dünyanı çılpaq görsək

başımıza hava gələr
ağlımız çaşar bəlkə də
hamı birdən baş götürüb
bu dünyadan qaçar bəlkə
bu dünyada bəs kim qalar?
kim böyüdər, uşaqları?!
bu dünyada bəs kim qalar?
kim böyüdər, uşaqları?!

nə yaxşı ki, bu dünyamız
yavaş~yavaş işıqlanır…
nə yaxşı ki, bu dünyamız
yavaş~yavaş işıqlanır…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...