lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu promete – boyfriend & girlfriend

Loading...

[bənd 1] [promete]
qaçdı~tutdu həyat, bizi unutdu həyat
fırlandıq öz dairəmizdə, gəldik eyni nöqtəyə
kim kimi itirdi həyatımız dəyirmi
axtardıq fərqliliklər gəldik yenə görüşməyə

mən səndən qaçırdım, sən məndən qaçırdın
axtardım, axtardın, sən məni tapdın
mən səni tapdım deməyəcəm
mən səni itirməmişdim ki
ya da pul verib almamışdım əvvəldə
yenə tər töküb bir daha geri qazanım
dolu qazanım ya boş, mənim həyatım mənə xoş
“track”i eşidib əsəbin həddini daş, çoş, keç
qabağına qoyulan qaydaların üstündən bir addım da oyana!

mənim tərəfə daha bir addım at
sənin tərəfə qaçaraq gələcəm
söz verirəm bir daha xətrimə dəysən
telefon nömrəni siləcəm

[nəqərat] [promete]
boyfriend~girlfriend, biz bunlar kimi deyilik fərqliyik
hamı eyni cür əzab çəkir, görmək istərdim fərqimi
boyfriend~girlfriend, biz bunlar kimi deyilik fərqliyik
hamı eyni cür düşünürsə, bəs mən kimə danışım dərdimi?!

[bənd 2] [promete]
bilirəm çox toxunur hər sətir, axı bu tam istədiyim sevgi mahnısı
amma mənə inanki çox əzginəm və yazmamışam hələ hamısını
yazmamışam, ya da yaza bilməmişəm
içimdə saxladığım kinimi tökməmişəm vərəqə
səni qədər mənə etsəydi hansısa düşmən
çoxdan çalmışdım qələbə bəlkə də, bilmirəm
bilmirəm, dinmirəm, dinmirəm atıram içəri, kinliyəm
sən bilirsən, dinləyirsən, gülürsən…
indi ya telefonundan silirsən, ya da əlini ver!
gəlirsən? (gəlirsən?)

[nəqərat] [promete]
boyfriend~girlfriend, biz bunlar kimi deyilik fərqliyik
hamı eyni cür əzab çəkir, görmək istərdim fərqimi
boyfriend~girlfriend, biz bunlar kimi deyilik fərqliyik
hamı eyni cür düşünürsə, bəs mən kimə danışım dərdimi?!

qaçdı~tutdu həyat, bizi unutdu həyat
fırlandıq öz dairəmizdə, gəldik eyni nöqtəyə
kim kimi itirdi həyatımız dəyirmi
axtardıq fərqliliklər gəldik yenə görüşməyə

boyfriеnd~girlfriend, biz bunlar kimi deyilik fərqliyik
hamı eyni cür əzab çəkir, görmək istərdim fərqimi
boyfriеnd~girlfriend, biz bunlar kimi deyilik fərqliyik
hamı eyni cür düşünürsə, bəs mən kimə danışım dərdimi?!

boyfriend~girlfriend
fərqliyik, fərqliyik
boyfriend~girlfriend
bəs mən kimə danışım dərdimi?!

Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...