lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu payam turk – bu dünya

Loading...

[giriş]
bu dünya gözəldir, amma aldadır
bu dünya gözəldir, amma aldadır

[bənd 1]
bu dünya fırladır
bəzən adamı aldadır
elə başımızı bu özünə qalladır ki
çalıb oynayır özünə

amma bizdə qəm~kədərdir hal dadır
bizimlə qalmayır bəzən ürək sevgilimiz
bir~birimizin yerini tez tuturuq, qoymuruq çıxa ilimiz
var uzun çox dilimiz, dindirmə ki

biz hələ də məcnunuq, gündə birinə vuruluruq
qəlbən qırılıb, amma yorğun halda durub bir də vuruluruq
inan ki, biz əsl romantik və şərəfsiz bir məcnunuq

darıxma, döz bir az, bilirəm, acıdır həqiqət
körpəlikdən bunu bizə deməyiblər
tək kefdir qənimət

güləşirik həmiylə və görürsən ki, həyat keçdi boşluğa
dostluğa dəyər verək, otur, süzək bir stəkan
birlikdə, bir diz~dizə və qəmli durma, sən də gəl ki
inanaq, ömür gələr, gedər, tək qalar kef bizə
[nəqərat]
bu dünya hey acır, aldananı aldadır
özü hələ bəs deyil ki, o biriki dünyaya başını qaldadır
xalqın qanın hey dadır
kefimin qonağıq biz, kədər ürəyi dağlayır

bu dünya hey acır, aldananı aldadır
xalqın qanın hey dadır
başını qatır, özündə gülüş, səndə ağlayır
kefimin qonağıq biz, kədər ürəyi dağlayır
kefimin qonağıq biz, dağlayır…

[keçid]
bu dünya gözəldir, amma aldadır
bu dünya gözəldir, amma aldadır
bu dünya gözəldir, amma aldadır

[bənd 2]
ləzzətli dünyadır, günəş xanım parlayır
və yer durmadan hər gün dövrəsində oynayır
və nazını çəkir, durmayır və dünya budur
hər kəs aldanar, başını alar qalmaqal, qəm~kədər

alar həyatı, barmaq üstə oynadar, belini bükər
görərsən ki, getdi ömür şad yaşamağa qalmadan
az dadar insan əgər lizzəti, çəkməz belə zilləti
al gedişdən ibrəti ki, duz səpilir ağrıma
boylu~başlı olmamışdan son qoyurlar ağlıma
və qan basılır bağrıma
ona görədir ki, pul veririk biri gələ bizi ağlada
ay atam, ay anam, kim deyibdir dal çevirək ləzzətə?

tez çatarıq cənnətə, tanrının da xəbəri yoxdur
bunu kim bizə dərs keçirib bu sifətdə, gürzədə
bizi qoyubdur həm də ömür qüssədə
kefimin, dost, bata bilməz günaha ruhun
yanaq səndə gülsə də

[nəqərat]
bu dünya hey acır, aldananı aldadır
özü hələ bəs deyil ki, o biriki dünyaya başını qaldadır
xalqın qanın hey dadır
kefimin qonağıq biz, kədər ürəyi dağlayır

bu dünya hey acır, aldananı aldadır
xalqın qanın hey dadır
başını qatır, özündə gülüş, səndə ağlayır
kefimin qonağıq biz, kədər ürəyi dağlayır
kefimin qonağıq biz, dağlayır…

[çıxış]
bu dünya gözəldir, amma aldadır
bu dünya gözəldir, amma aldadır


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...