lirik lagu əhməd salahov – gec deyil
[bənd 1]
yenə yadıma düşüb o günlər
yad edirəm hər şeyi hüznlə
nifrət edirdin ən çox özünə
vurdu həyat hər şeyi üzünə
hələ bəlkə çox erkən?
eyni yerdə sayarkən
inanmalısan mənə
səmaya doğru baxarkən
[bənd 2]
sən sıradan biri də deyilsən
nəyi istədiyini yaxşı bilirsən
bilə~bilə önə baxmaq əvəzinə
keçmişə baxa~baxa içib çəkirsən
yalnızsan, heç kimə yox, özünə inan
damarında axan gücünə inan
sənə söz verirəm bax, sözümə inan
özünə inan
[nəqərat]
qalx yenidən
heç vaxt gec deyil
tək sənin əlində
dəyişdir gələcəyi
qalx yenidən
heç vaxt gec deyil
tək sənin əlində
dəyişdir gələcəyi
[bənd 3]
irəli bax, addım at, dayanma
həyat öyrədir insanı zamanla
günəş oyanacaq əgər istəsən
güvənməli özünə insan, anla
dönüb baxma dünəninə
ümidlərin var əlində
olmaq istədiyin insan
ürəyində ən dərində
[bənd 4]
qalma keçmişin kölgəsində
hər kəsin öz yolu özünə çətindir
gələcəyi qurmaq öz əllərində
yazılmır alnına qismət indi
qaçma, özünlə üzləş
ən son nə zaman aynaya baxdın?
həyat heç vaxt asan olmayacaq
ən dibə vurub da qalxmaq vaxtı
[nəqərat]
qalx yenidən
heç vaxt gec deyil
tək sənin əlində
dəyişdir gələcəyi
qalx yenidən
heç vaxt gec deyil
tək sənin əlində
dəyişdir gələcəyi
Lirik lagu lainnya:
- lirik lagu twice (2nd edition) – congratulations to you (sana)
- lirik lagu melvoni – another victim
- lirik lagu chris meyer – favorite songs
- lirik lagu bre kennedy – retrospect
- lirik lagu juice wrld – obsessed (cerebral) [studio session]
- lirik lagu the adelians – stay
- lirik lagu josh thomas – sanctuary
- lirik lagu issa hurt & fumus – холод (cold)
- lirik lagu coh3n – saint / sinner
- lirik lagu greyson relix – seeing you go