lirik lagu ədalət şükürov – sərxoşam
[bənd 1]
baxanlar mənə deyirdi:
“ay zalım oğlu
bu nə gündür sən düşmüsən
eşqin əlindən?”
gözlərin qalıb yollarda
ürəyin dolu
irəhmin gəlsin özünə
belə etmə sən
görənlər mənə deyirdi:
“ay zalım oğlu
sənin o qıza çatmağın
adi xəyaldır”
neyləyim ki, həsrət mənə
ağır yük oldu
ayrılıq axtarıb, tapıb toruna saldı
[nəqərat]
mən içmədən sərxoş olmuşam
ayıq sevgidən meyxoş olmuşam
mən sərxoşam, yenə sərxoşam
böyük sevgidən sərxoş olmuşam
[bənd 2]
bilənlər mənə deyirdi
“özünü üzmə
gözəl qızlar səni bizdən
hər gün soruşur
əzab çəkən fikirləri
sıraya düzmə
belə nə gün görəcəksən
ay eşq sərxoşu?”
sevənlər mənə deyirdi:
“cavansan hələ
ömrün hələ qabaqdadır
sevərsən yenə
həyatını məhv eləmə
sən bilə ~ bilə
ürəyin sahibini görərsən yenə…”
[nəqərat]
mən içmədən sərxoş olmuşam
ayıq sevgidən meyxoş olmuşam
mən sərxoşam, yenə sərxoşam
böyük sevgidən sərxoş olmuşam
[bənd 3]
baxanlar mənə deyirdi:
“ay zalım oğlu
bu nə gündür sən düşmüsən
eşqin əlindən?”
gözlərin qalıb yollarda
ürəyin dolu
irəhmin gəlsin özünə
belə etmə sən
bilənlər mənə deyirdi
“özünü üzmə
ömrün hələ qabaqdadır
sevərsən yenə
həyatını məhv eləmə
sən bilə ~ bilə
ürəyin sahibini görərsən yenə…”
[nəqərat]
mən içmədən sərxoş olmuşam
ayıq sevgidən meyxoş olmuşam
mən sərxoşam, yenə sərxoşam
böyük sevgidən sərxoş olmuşam
mən içmədən sərxoş olmuşam
ayıq sevgidən meyxoş olmuşam
mən sərxoşam, yenə sərxoşam
böyük sevgidən sərxoş olmuşam
Lirik lagu lainnya:
- lirik lagu nesian mystik – it’s almost
- lirik lagu bre nox – luz amarela
- lirik lagu odd logic – the island
- lirik lagu caleb lee hutchinson – watcha got
- lirik lagu boy rodo – quarentena
- lirik lagu reallifealways – tonight
- lirik lagu temperance – unspoken words (live)
- lirik lagu imanisaka – make me reckless
- lirik lagu 64studios101 – fidget spinner winner
- lirik lagu the sainte catherines – le funk c’est toujours winner!