lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ədalət şükürov – başı bəlalı sevgilim

Loading...

[giriş]
sən mənim gözlərimə bax
gözlərimdə axtarıb taparsan sevgiyə cavab
bəlkə də, başa düşərsən sən

[bənd 1]
saçlarımın düzümünü pozan küləklər
xəyalımdan keçənləri duyan ürəklər
xoş arzular, saf duyğular, təmiz diləklər
sənə olan məhəbbətimdir

tənha keçən günlərimin xəyalı sevgim
indi düşüb qismətimdən aralı sevgim
gəl, ey mənim intizarım, bəlalı sevgim
sənsiz qalmaq yaman çətindir
[nəqərat]
hər sözümün, hər fikrimin özüsən
niyə bilmək istəmirsən düzü sən?
istəyirsən, həyatından mən gedim
mənim başı bəlalı sevgim

hər sözümün, hər fikrimin özüsən
niyə bilmək istəmirsən düzü sən?
istəyirsən, həyatından mən gedim
mənim başı bəlalı sevgim

[bənd 2]
hər görüşün xatirəsi sıxar qəlbimi
çəkilməyən dəqiqələr alar səbrimi
bir alovun dillərindən alır şam kimi
yanıb gedən sədaqətimdir

duya bilməz bu sevdanı həsrət çəkməyən
bir həyatı viran edib uzaqlaşma sən
nəyim varsa, bu sevdaya bağışlayım mən
sənin eşqin, səadətindir

[nəqərat]
hər sözümün, hər fikrimin özüsən
niyə bilmək istəmirsən düzü sən?
istəyirsən, həyatından mən gedim
mənim başı bəlalı sevgim
hər sözümün, hər fikrimin özüsən
niyə bilmək istəmirsən düzü sən?
istəyirsən, həyatından mən gedim
mənim başı bəlalı sevgim

hər sözümün, hər fikrimin özüsən
niyə bilmək istəmirsən düzü sən?
istəyirsən, həyatından mən gedim
mənim başı bəlalı sevgim

[çıxış]
sən mənim gözlərimə bax
gözlərimdə axtarıb taparsan sevgiyə cavab
bəlkə də başa düşərsən sən

sən mənim gözlərimə bax
gözlərimdə axtarıb taparsan sevgiyə cavab
bəlkə də başa düşərsən sən


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...