lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu orkhan zeynalli – 40-cı paralel

Loading...

[nəqərat] [röya miriyeva]
kaş, gözlərdən axan yaş olaydın
kaş, getməyəydin, birgə yaşlanardıq
son kəz bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm

[bənd 1] [orkhan zeynalli]
qəribəsən bakı, ürəyi olmayanlar
itirilmiş sevgidən yazır (nə isə)
sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda
gələcəyi üçün insan keçmişini körpüdən atır
bir gün ölkədən qaçıb, azmaq idi arzum
elə bilmə səni yaddaşdan pozmaq idi arzum
artıq donub əlləri, güclə dayanıb jack
istəmədim batan gəmidə çalım violonçel

ömrü bizim ömrümüzdən uzun bəstələrim var
dərinlikdən qaça bilməzsən qayıqla ancaq
zaman tunelində ilişib qalanlara pis xəbərim var!
geriyə baxmadan qaçın, uşaqlıq qayıtmayacaq

həyat gedir dediyin anda birdən vaxt sancar
üzünə baxıb deyər ~ keçir ömür böyüyürsən qocalırsan
dinlə bu gecə təkcə məni
elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan

[nəqərat] [röya miriyeva]
kaş, gözlərdən axan yaş olaydın
kaş, getməyəydin, birgə yaşlanardıq
son kəz bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm

kaş, gözlərdən axan yaş olaydın
kaş, getməyəydin, birgə yaşlanardıq
son kəz bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
[bənd 2] [orkhan zeynalli]
heç vaxt təkrar oxumayacağım sevimli kitabtək
qalacan rəflərdə, özünəməxsus yerdə
özünəməxsus tərzdə hərdən yada salıb
bakı, sənin xislətin bizi bir~birimizə baha satır

xatirəsi ağ qara şək!llər olan son nəsil bizik
“happy end”lə bitməyən hər bir son əzir bizi
çox əsib dizim, amma ki, qaçdıqca yollar artır
dünən qibləmiz manat idi, bu gün dollar artıq

mən səni tərk etmədim (yox, yox), seçim etdim
artıq illərdir ki, bu yarımadada həyat dustaq
vermir nə ömür sınaqlar, nə də ki, tale dostlar
getmir “səməd vurğun”a prospektdən trolleybuslar

bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi
doğum yeri qalır eyni, necə gözlərimin rəngi
yollarını əzbər bilsən də yolunu azdıran şəhər
mənə, məni “mən” etmiş mahnılarımı yazdıran şəhər

[nəqərat] [röya miriyeva]
kaş, gözlərdən axan yaş olaydın
kaş, getməyəydin, birgə yaşlanardıq
son kəz bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
kaş, gözlərdən axan yaş olaydın
kaş, getməyəydin, birgə yaşlanardıq
son kəz bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...