lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nisə qasımova – qayıtma (qəfil gedişin)

Loading...

[bənd 1]
sən ümid çırağı olmuşdun mənə
ayrıldın, o gündən söndü çırağım
qayıtmaq eşqinə düşmüsən yenə
daha xəzan olub məhəbbət bağım

itib aramızda inam, etibar
qayıdıb gəlməyin nə mənası var?
özün də çox gözəl bilirsən bunu
yalançı aşiqin bərk cəzası var

[nəqərat]
qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

[bənd 2]
qul oldum eşqinə, budurmu qismət?
budurmu gözümdə yaş olan istək?
sənə yar deməyə dilim dönməyir
qayıtma, get, düşün, öz cəzanı çək
həsrətin çəkməyə alışdı gözüm
nə səndə insaf var, nə məndə dözüm
artıq qayıtsan da, gecdir, əzizim
qəlbimin yarasın bağlaram özüm

[nəqərat]
qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu

qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu, a~a~a~a~ay…

qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu
nə fəryad, nə haray, nə ah eşitdin
bağladı qarşımı həsrətin yolu…

qəfil gedişinlə yazı qış etdin
yağdırdın başıma yağış, qar, dolu


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...