lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nazim faytonçu – sevda yolu

Loading...

[bənd 1]
mən bir gecə, sən bir nağıl
şirinləşək, qarışaqmı?
qış səhəri gün geciksə
günəş olub, alışaqmı?

yaman gözlər gen düşəndə
üzün məndə, gözüm səndə
sözlərimiz üşüyəndə
baxışlarla danışaqmı?

[nəqərat]
sən o dağda, mən bu dağda
könlüm yaxın, sən uzaqda
yarpaq olaq bir budaqda
yel əsəndə qarışaqmı?

sən o dağda, mən bu dağda
könlüm yaxın, sən uzaqda
yarpaq olaq bir budaqda
yel əsəndə barışaqmı?
yel əsəndə barışaqmı?

[bənd 2]
mən bir çıraq, sənsiz sönük
sən bir kəmər, qoşa hörük
nə mən dönük, nə sən dönük
sədaqətlə yarışaqmı?
ilk sevdanın yolu uzaq
gələnlərdən bir soruşaq
eşq yolçusu, bir bəri bax
səndən bir söz soruşaqmı?

[nəqərat]
sən o dağda, mən bu dağda
könlüm yaxın, sən uzaqda
yarpaq olaq bir budaqda
yel əsəndə barışaqmı?

sən o dağda, mən bu dağda
könlüm yaxın, sən uzaqda
yarpaq olaq bir budaqda
yel əsəndə barışaqmı?
yel əsəndə barışaqmı?

mən o dağda, sən bu dağda
könlüm yaxın, sən uzaqda
yarpaq olaq bir budaqda
yel əsəndə barışaqmı?

sən o dağda, mən bu dağda
könlüm yaxın, sən uzaqda
yarpaq olaq bir budaqda
yel əsəndə barışaqmı?
yel əsəndə barışaqmı?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...