lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu namiq qaraçuxurlu – papanın gül balası

Loading...

gəz dolan kafe restoran papanın gül balası
papan ölməyib sənin can papanın gül balası
səni o vaxtı bizə bəxş eliyəndə yaradan
hərə bir pay gətirib, etdi sənin üçün  ərmağan
o qədər şirin idin sən dünyaya gələn zaman
eləmişdin bizi heyran  papanın gül balası
gəz dolan kafe restoran papanın gül balası
papan ölməyib sənin can papanın gül balası
sən ayaq açanda sanki açıldı tazə çiçək
bir dənə dayə də tutdum bizə eyləsin kömək
sən qaçırdın, arxanca düşürdü əlində yemək
yorurdun hamımızı şeytan papanın gül balası
sən gedəndə məktəbə hamı yığıldı sorağa
dedilər şagirdlərə yol verin gələn qoçağa
müəllimən də səni görüb dururdu ayağa
gedirdi tərsinə dövran papanın gül balası
görən deyirdiki, şahdır çatışmayır taxtı
sənə çox darıxdırıcı idi vətən paytaxtı
xarici ölkələrə uçurdun tətil vaxtı
var idi hər şeyə imkan papanın gül balası


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...