lirik lagu nadir qafarzadə – tələsin, insanlar
[bənd 1]
tələsin, insanlar, şadlıq görməyə
qəm qüssə görməyə gecikin bir az
tələsin, insanlar, deyib~gülməyə
göz yaşı tökməkdən bezikin bir az
[nəqərat]
səs salın səmaya, suya, torpağa
səs salın səmaya, suya, torpağa
tələsin, insanlar, əldən tutmağa
tələsin ömür edib şən yaşamağa
tələsin, insanlar, əldən tutmağa
tələsin ömür edib şən yaşamağa
[bənd 2]
siz hərdən çıxarın xatirinizdən
həyatda pislik var, qəm var, kədər var
siz hərdən çıxarın xatirinizdən
həyatda dəhşətli faciələr var
[nəqərat]
səs salın səmaya, suya, torpağa
səs salın səmaya, suya, torpağa
tələsin, insanlar, əldən tutmağa
tələsin ömür edib şən yaşamağa
tələsin, insanlar, əldən tutmağa
tələsin ömür edib şən yaşamağa
tələsin, insanlar, əldən tutmağa
tələsin ömür edib şən yaşamağa
tələsin, insanlar, əldən tutmağa
tələsin ömür edib şən yaşamağa
[çıxış]
tələsin, tələsin, insanlar, tələsir zaman
düzəlməz işə də ‘’düzəldi’’ deyin
hərdən qocaya da ‘’gəncsən, cavansan’’
hərdən kifirə də ‘’gözəlsən, göyçəksən’’ deyin
tələsin, insanlar, tələsin
Lirik lagu lainnya:
- lirik lagu kyros – sacrifice – isolation sessions
- lirik lagu 6kich – в бреду (v 6r3dу)
- lirik lagu dino, desi & billy – let me be
- lirik lagu matando tu f.e. – no podré continuar
- lirik lagu vietto – thank god
- lirik lagu vlarge – окрас (color)
- lirik lagu if not for me – the weight
- lirik lagu beyoncé – amen
- lirik lagu p0xyi – дорога в ад (the road to hell)
- lirik lagu the high llamas – the grade