lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu nadir qafarzadə – son zəng (məktəb valsı)

Loading...

[bənd 1]
həftənin beş günü, düz on bir il
aldıq bu ocaqda orta təhsil
ilk məktəb, ilk sınaq, imtahanlar
yaşadıq burada xoşbəxt anlar

illər də quş kimi qanad çaldı
o vaxtdan bu günə körpü saldı
qayğısız uşaqlıq dövrü keçdi
dostlarım hərəsi bir yol seçdi
[nəqərat]
məhəbbət dünyada gül~çiçək, ah, bir çələng
bəzənib hər tərəf nə gözəl, nə qəşəng
ürəkdə arzular, hərəsi min bir rəng
oxuyur bir vida nəğməsi bu son zəng

[bənd 2]
hər fəslin, hər ömrün öz donu var
vaxt gəlir, yol bitir, bir sonu var
keçmişdən nur işıq qonaq gələr
canlanar o şirin xatirələr

ilk sevgi, ilk görüş düşər yada
yenə də qəlbimi salar oda
məktəbin yolları doğma, əziz
indidən yəqin, darıxır bizsiz

[nəqərat]
məhəbbət dünyada gül~çiçək, ah, bir çələng
bəzənib hər tərəf nə gözəl, nə qəşəng
ürəkdə arzular, hərəsi min bir rəng
oxuyur bir vida nəğməsi bu son zəng

məhəbbət dünyada gül~çiçək, bir çələng
bəzənib hər tərəf nə gözəl, nə qəşəng
ürəkdə arzular, hərəsi min bir rəng
oxuyur bir vida nəğməsi bu son zəng


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...