lirik lagu mübariz tağıyev – gəl
[bənd 1]
mən səni yuxuda görürəm hər gün
ən şirin arzular, diləklər kimi
hərdən qanad açıb pərvaz edirsən
başımın üstündən mələklər kimi
hərdən vüsal olur hədiyyən mənə
həsrət yaxın düşmür qətiyyən mənə
hərdən etinasız baxıbsan mənə
ötübsən yanımdan küləklər kimi
[nəqərat]
gəl, demirəm, yanıma ilk baharda gəl
istəsən, tufanlı ruzigarda gəl
ancaq yuxuda yox, aşkarda gəl
gülər odlu nəğmələr kimi
gəl, demirəm, yanıma ilk baharda gəl
istəsən, tufanlı ruzigarda gəl
ancaq yuxuda yox, aşkarda gəl
[bənd 2]
məni əfi kimi çalıb yuxular
qovğa dünyası salıb yuxular
səbri~qərarımı alıb yuxular
sərgərdan olmuşam böcəklər kimi
gəl…
[çıxış]
mən səni yuxuda görürəm hər gün
ən şirin arzular, diləklər kimi
hərdən qanad açıb pərvaz edirsən
başımın üstündən mələklər kimi
gəl, əzizim, gəl…
Lirik lagu lainnya:
- lirik lagu demoon326 – surf
- lirik lagu emily robins & maddy tyers – everything is happening
- lirik lagu gustáv offermann – stay for a while
- lirik lagu subsonica – adagio
- lirik lagu slam goon – полностью
- lirik lagu chupa 12 – hlopchik
- lirik lagu ambar paola – encontrarte
- lirik lagu freddie dredd – sign that deal
- lirik lagu manau – donnez-moi encore du funk et
- lirik lagu lone thunder – chemicals