lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu miro [az] – hərdən

Loading...

[bənd 1]
gecə düşür üstünə gözlərimin
yadıma salıram, onu qısqanıram
necə deyim ona darıxıram onsuz?
cəhd eləyirəm, özümlə bacarmıram

inanıram hələ də yalanlarına
çıx beynimdən, yalvarıram
nə olar gəlmə yuxularıma!
sevgimdən daha qorxuram mən

inanıram hələ də yalanlarına
çıx beynimdən yalvarıram
nə olar gəlmə yuxularıma
sevgimdən daha qorxuram mən

[nəqərat]
yadıma düşürsən mənim hərdən
alır o düşüncələr məni məndən
alıb ürəyini sənin əllərdən
dərd elədim özümə niyə illərlə?

yadıma düşürsən mənim hərdən
alır o düşüncələr məni məndən
alıb ürəyini sənin əllərdən
dərd elədim özümə niyə illərlə?
[bənd 2]
axı səninlə isinərdi donan bu ürək!
mən xəyallar içində dolanan şair, sənsə yalançı mələk

bu bizə tuzaq, bu bizə tələ
sənsiz ömür kimi dəqiqə mənə
unuduldu de, mənə geridə nələr?
dərddir bu sevgi bil hələ də mənə

bu bizə tuzaq, bu bizə tələ
sənsiz ömür kimi dəqiqə mənə
unuduldu de mənə geridə nələr?
dərddir bu sevgi bil hələ də mənə

deyiləm uzaq, deyiləm hələ
ya gəl barışaq, ya da getmə belə
vecimə deyil, amma getsən əgər
de, sevgi dəyərmi bu getmələrə?

[nəqərat]
sən yadıma düşürsən mənim hərdən
alır o düşüncələr məni məndən
alıb ürəyini sənin əllərdən
dərd elədim özümə niyə illərlə?

yadıma düşürsən mənim hərdən
alır o düşüncələr məni məndən
alıb ürəyini sənin əllərdən
dərd elədim özümə niyə illərlə?
[bənd 3]
əvvəlcə salam, sevgi, istədin və yandırdın
bu küçədə heç nə bu gövdəni sənin qədər dayandırmır
göz yaşım qorxur məndən, gözümdən gizli damır
əzrailim artıq 3~ə 5 ildir verib istefanı

kişilik sərtdir küçədə, hər keçən elə dözmür inan
istəyir ordum olsun, hər bir bəndə təkdir burda
səninlə olanda mən yenə unutdum özümü bir an
oxumağı unutma, can, hər şey var məktubunda

bu küçədə yatanda mən saf yuxular dəmir idi
hər tində izlərin var, xatirələrə dəlil idi
ot~rduğun skamya mənə görə ən rahat yataq
o getdiyin parklar mənim ən lüks evim idi

hədəfimə qaçdım, amma çatanda toxunmadım
həvəssiz ən dərində mən batanda boğulmadım
aldığım hədiyyəni qaytarma, götür halalın olsun
onsuz da hamısının pulunu atandan oğurladım

yazıram bu məktubda mən özümdən qaçmağımı
o sevdiyin kralın mənə oğurluq taclarını
ölürdüm, biləsən deyə çəkirdim vicdan əzabı
çapıqlı əllərim sığallayanda saçlarını
mən adi küçə yazarı, amma sən şeirsən
hər şeyi bəxş еdirsən
sənə bir pis, bir də yaxşı xəbər var, üzülmə
pis xəbər heç nəyim yoxdur, yaxşı isə hər şeyim sən

[nəqərat]
sən yadıma düşürsən mənim hərdən
alır o düşüncələr məni məndən
alıb ürəyini sənin əllərdən
dərd elədim özümə niyə illərlə?

yadıma düşürsən mənim hərdən
alır o düşüncələr məni məndən
alıb ürəyini sənin əllərdən
dərd еlədim özümə niyə illərlə?

illərlə…
illərlə…
illərlə…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...