lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu miri yusif – mələk və şeytan

Loading...

[giriş]
sən abırlı, mən utanmaz
mələk şeytanı duymaz
heç yaxın durmaz

[bənd 1]
ruhumun yolu nə dar, nə də geniş
o yolçudur, ya dərviş, özündən bezmiş
canım məni tərk etmiş

mənim haqqımda olasan sən eşitmiş
mənim qəlbimə var giriş, yox çıxış
bizə xas deyil anlayış

[nəqərat]
saf düşüncələr yox olub hara?
yaş təcrübədə məsafə, ara
ürəyimiz bir olmaz
(mələk şeytanı duymaz)

rəngli geyimlər olubdur qara
qolumda adınla yaranıb yara
(nədir o yara?) mələk şeytanı duymaz

[bənd 2]
kölgəmin, kölgəmin kölgəsisən
məndə maraqlıdır tək qalan mələyimsən
kabus kimiyəm
qeybdə mən sərxoş, sən ayıqsan
mən alim, şagirdimsən
mən yurdun, sən yatmısan, balaş, oyan

[nəqərat]
saf düşüncələr yox olub hara?
yaş təcrübədə məsafə ara
sən hara, mən hara?
ürəyimiz bir olmaz

rəngli geyimlər olubdur qara
qolumda adınla yaranıb yara
(nədir o yara?) mələk şeytanı duymaz

[keçid]
mələk şeytanı duymaz

[bənd 3]
mələk şeytanı duymaz, qırılmaz
haramın simləri üzərində qurulmaz
münasibətlər, günahlarım çox
mən özümə sığışdırıram bunu, sənə yox

məcburam deyim, tək məcburam yeyim
məni nə qar maraqlandırır, nə də ki, geyim
deyim, sən yaz, mən palçıqlı payız
sən ay, mən aylıq faiz
daşürəkli, həm əməllərim əyri
həm canımın bu həyatda yoxdur heç bir dəyəri
səni əldən buraxdım, itirdiyim çox
mən özümə bağışlayıram bunu, sənə yox

bədənimdən gəlir özgə qadın qoxusu
belədir ki, islanmışın yağışdan nə qorxusu?
qoy eşitsin, onsuz da eybim çox
mən özümə yaraşdırıram bunu, ona yox

[nəqərat]
saf düşüncələr yox olub hara
yaş təcrübədə məsafə, ara
sən hara mən hara?
ürəyimiz bir olmaz
(mələk şeytanı duymaz)

rəngli geyimlər olubdur qara
qolumda adınla yaranıb yara
mələk şeytanı duymaz
(heç yaxın durmaz)

[çıxış]
mələk şeytanı duymaz
mələk şeytanı duymaz
mələk şeytanı duymaz
sən abırlı, mən utanmaz (utanmaz)
sən abırlı, mən utanmaz


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...