lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu miri yusif – göyə sarı

Loading...

[bənd 1]
bizi vurdular, biz əyilmədik
bizi yandırdılar, külə dönmədik
günəşimiz dondu, yenə sönmədik
dilimizi kəsdilər, səsimiz uca

bizi kor edib qara buludlar
buludlar ağlayar, yağar bombalar
durnalar, göylərə dualarımı apar
qəlbimiz cavan, eşqimiz qoca

[keçid]
ancaq tanrını axtaran məni tapar
ancaq tanrını axtaran məni tapar

[nəqərat]
göyə sarı, göyə sarı
dağılsın dünyada qəm, kədərin hasarı
göyə sarı, o, göyə sarı
dağılsın dünyada qəm, kədərin hasarı
[bənd 2]
dünya göz yumub birtərəf olub
məhv olan insanlıq bir hədəf olub
gülləyə tuş gələn güllə dəfn olub
itkin düşənlər illərlə tapmaca

atəşkəs olsa, körpələr yatar
savaş ömürləri ucuza satar
güclülər zərbəni gücsüzə atar
səhv baxmaz düzə, tox baxmaz aca

[keçid]
ancaq tanrını axtaran məni tapar
ancaq tanrını axtaran məni tapar

[nəqərat]
göyə sarı, göyə sarı
dağılsın dünyada qəm, kədərin hasarı
göyə sarı,o, göyə sarı
dağılsın dünyada qəm, kədərin hasarı

göyə sarı, göyə sarı
dağılsın dünyada qəm, kədərin hasarı
göyə sarı, o göyə sarı
dağılsın dünyada qəm, kədərin hasarı
[çıxış]
bizi vurdular, biz əyilmədik


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...