lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu lalə məmmədova – darıxacaqsan

Loading...

doğmaların, əzizlərin yadmış kimi
cəhənnəmi yer üzündə dadmış kimi
gəmiləri dəryalarda batmış kimi olacaqsan!
mən olmasam

öz qəbrini öz əlinlə qazmış kimi
bu həyatda var ikən yoxmuş kimi
bu sitəmlər, bu acılar azmış kimi yanacaqsan!

mənim adım üçün, çoxum~azım üçün
bax bu adam üçün darıxacaqsan
darıxacaqsan!

mənim sevgim üçün, mənim yerim üçün
biraz mənim üçün, biraz özün üçün
darıxacaqsan!

dərdi~qəmi bir~birinə qatmış kimi
hər günahı boynuna almış kimi
bu sevgini qüruruna satmış kimi olacaqsan!
mən olmasam

hələ bir ümidin varmış kimi
gecələri xəyallara dalmış kimi
boğazına qəhərin dolmuş kimi olacaqsan!
mənim adım üçün, çoxum~azım üçün
bax bu adam üçün darıxacaqsan
darıxacaqsan!

mənim sevgim üçün, mənim yerim üçün
biraz mənim üçün, biraz özün üçün
darıxacaqsan!

mənim adım üçün
bax bu adam üçün darıxacaqsan
darıxacaqsan!

mənim sevgim üçün, mənim yerim üçün
biraz mənim üçün, biraz özün üçün
darıxacaqsan!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...