lirik lagu kamil cəfərov – ey həyat
[bənd 1]
ey həyatım, ayılıb gec də olsa qəflətdən
anladım, günlərimin qiymətini bilməmişəm
qırılıbdır ürəyim doğma dediyim hər kəsdən
gözümün önünə gəlir mən nələri görməmişəm
[keçid]
allahın əmrinə üsyan eləyir, qul danışır
susdurub vicdanı hər yerdə böyük pul danışır
[nəqərat]
qarışıb haqqı – halal
tez gələ sorğu ~ sual
baxa insan özünə
o da ki tapsa macal
elə vaxtdır bu saat
yerində qalmır həyat
gedir ömrün axarı
deyərək ‘’sağ – salamat’’
[bənd 2]
olsa idi hamının içində vicdan – imanı
belə bir – birinə qırılmazdı ki insan gümanı
vaxtında qiymətini bilmədim ömrün, nə edim?
gec də olsa, bağışla, kaş çəkə bilsəm zamanı
[keçid]
allahın əmrinə üsyan eyləyir, qul danışır
susdurub vicdanı hər yerdə böyük pul danışır
[nəqərat]
qarışıb haqqı – halal
tez gələ sorğu ~ sual
baxa insan özünə
o da ki tapsa macal
elə vaxtdır bu saat
yerində qalmır həyat
gedir ömrün axarı
deyərək ‘’sağ – salamat’’
qarışıb haqqı – halal
tez gələ sorğu ~ sual
baxa insan özünə
o da ki tapsa macal
elə vaxtdır bu saat
yerində qalmır həyat
gedir ömrün axarı
deyərək ‘’sağ – salamat’’
Lirik lagu lainnya:
- lirik lagu tiredboy – твои последние слова (your last words)
- lirik lagu el sancho (ontario) – never heard
- lirik lagu delusions of reality – wishing well
- lirik lagu peele – words of finale ii
- lirik lagu scum (usa) – luv 2 kill
- lirik lagu sevvy – atividade
- lirik lagu mc 3l – prefiro meu copão do que aliança na mão
- lirik lagu george hamilton iv – time
- lirik lagu ruurd woltring – geef me de zon (dame el sol)
- lirik lagu jakob leichtman – g feel (feat. oshay the villain)