lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu kəmalə əhmədova – bakı

Loading...

[bənd 1]
xəzərimin sinəsi
gah zil, gah da bəm olur
yarpaqların gülləri
niyə hərdən nəm olur?

səndən ayrı düşəndə
könlüm dolu qəm olur
səndən ayrı düşəndə
könlüm dolu qəm olur

[nəqərat]
qucağında xəzərin
yatıb dincələn bakı
qarlı, çiskin yağışı
əyri köndələn bakı

qucağında xəzərin
yatıb dincələn bakı
qarlı, çiskin yağışı
əyri köndələn bakı

[bənd 2]
hələ neçə küçədə
güllər dəstələnməyib
hələ neçə nəğmənin
xalı bəstələnməyib
yüz il ömür sürəydim
bir gün xəstələnməyib
yüz il ömür sürəydim
bir gün xəstələnməyib

[nəqərat]
yazaydım, yaradaydım
şah nəğməni mən, bakı
oxuyaydım hər yanda
onu ürəkdən, bakı

yazaydım, yaradaydım
şah nəğməni mən, bakı
oxuyaydım hər yanda
onu ürəkdən, bakı

oxuyaydım hər yanda
onu ürəkdən, bakı
onu ürəkdən, bakı


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...