lirik lagu kəmalə əhmədova – ana
[bənd 1]
gözümün nuru
canım anam
böyütdün sən məni
yana~yana
gözümün nuru
canım anam
böyütdün sən məni
yana~yana
odlusan gün kimi
bir qaynar həyat kimi
borcluyam mən sana
sana bir övlad kimi
əziz ana
[nəqərat]
nə ki, arzu~kamım var
qəlbimdə tutmuş qərar
and olsun sana
can ana
[keçid]
qədrini el bilir
ətrini gül bilir
saçının ağına
qarasına qurban, ay ana
könlünün o həzin
laylasına qurban, ay anam
əziz ana
[bənd 2]
laylay dedim yatasan
qızılgülə batasan
qızılgülün içində
şirin yuxu tapasan
beşiyim üstdə
laylay çaldın
gecələr sübhədək
qadamı aldın
isti nəfəsini
həmişə yaz bilmişəm
olub ki, mən sənin
qədrini az bilmişəm
əziz ana
[nəqərat]
nə ki, arzu~kamım var
nə ki, arzu~kamım var
qəlbimdə tutmuş qərar
and olsun sana
can ana
[çıxış]
qədrini el bilir
ətrini gül bilir
saçının ağına
qarasına qurban, ay ana
könlünün o həzin
laylasına qurban, ay anam
əziz ana
əziz anacan
əziz ana
Lirik lagu lainnya:
- lirik lagu dylan matthew – one sided love
- lirik lagu hunter & wolfe – even odds
- lirik lagu getoverher – crocodile tears
- lirik lagu patty monroe – trapped
- lirik lagu thisisaq – hardwired
- lirik lagu toobrokeforfiji – efeu
- lirik lagu kaarmaa. – stay
- lirik lagu surge (rapper) – official decor
- lirik lagu chica and the folder – i’ll come running
- lirik lagu la card – volim