lirik lagu iradə ibrahimova – neyləyək, alınmadı
[bənd 1]
dedin ki: “ayrılaq, hər şeyi unudaq”
xatirələr dindi, oxundu varaq – varaq
sinəmi dağladı, bizimçün ağladı
itən sevgimiz…
[keçid]
şirin – şəkər bir nağılıydı
sındı, dağıldı
görüş yeri darıxır yenə
şirin – şəkər bir nağılıydı
sındı, dağıldı
sevgim gözlər səni dönə ~ dönə
[nəqərat]
əl çəkmir yaxamdan
heç zaman bu hicran
yandırır məni gülə ~ gülə
ümidlər bu gün də yaşar hələ…
qəribə dünyadır
bir ucu sevdadır
arzular yandı – döndü külə
ayrılaq indi gülə ~ gülə
neyləyək, alınmadı!
[bənd 1]
küsüb bu dünyadan, gəl indi tək qalaq
o keçmiş sevgini səninlə unudaq
neyləyək, bir yerdə o ötən günlərdə
qalıb izimiz…
[keçid]
uzaq düşən günlər bir ada
deyək: “əlvida”
bir də çətin geriyə dönə
xatirələr düşəcək yada sənsiz dünyada
səni sevən ürək gözlər yenə
[nəqərat]
əl çəkmir yaxamdan
heç zaman bu hicran
yandırır məni gülə ~ gülə
ümidlər bu gün də yaşar hələ…
qəribə dünyadır
bir ucu sevdadır
arzular yandı – döndü külə
ayrılaq indi gülə ~ gülə
neyləyək, alınmadı!
[keçid]
şirin – şəkər bir nağılıydı
sındı, dağıldı
görüş yeri darıxır yenə
[nəqərat]
əl çəkmir yaxamdan
heç zaman bu hicran
yandırır məni gülə ~ gülə
ümidlər bu gün də yaşar hələ…
qəribə dünyadır
bir ucu sevdadır
arzular yandı – döndü külə
arzular yandı – döndü külə
ümidlər bu gün də yaşar hələ…
qəribə dünyadır
bir ucu sevdadır
arzular yandı – döndü külə
ayrılaq indi gülə ~ gülə
neyləyək!…
Lirik lagu lainnya:
- lirik lagu puntogangpunto – limone
- lirik lagu the marine rapper and d.cure – yes rapper
- lirik lagu vanic – get away
- lirik lagu sibi – drive thru
- lirik lagu sara hammarbäck, hanialani – stay strong
- lirik lagu jerry garcia band – señor (tales of yankee power)
- lirik lagu secret sphere – the lie we love
- lirik lagu royal flush (rapper) – royal flush’s 2021 xxl freestyle
- lirik lagu jaze – lunares
- lirik lagu milesdoodles – my dearest friend (single version)