lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu h.o.s.t. alliance – prelüd

Loading...

[intro (qaraqanın hekayəsi)]

əvvəlcə allahdan həyat istədim, o mənə qaranlığı verdi. sonra allahdan işıq istədim, həmin gün mən doğuldum. amma bu işıq çox parlaq oldu, mən qorxdum, ağlamağa başladım. allaha yalvardım ki, məni qorusun. elə həmin dəqiqə anam məni qucaqladı və mən sakitləşdim. sonra allaha şükür elədim, onda allah mənim gözlərimi açdı. başladım gülməyə, sonra böyüməyə, hər kəs kimi. və bir gün, bir gün allahdan xoşbəxtlik istədim, amma səs gəlmədi. yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi. onda anladım ki, xoşbəxtliyimi özüm tapmalıyam və başladım axtarmağa. gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə… hər yeri gəzdim, dolaşdım. hər kəsdən soruşdum. amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər. və hər dəfə xoşbəxtlik sandığım qapıları var gücümlə döyəndə qapıları açan olmadı. açılanlarda da xoşbəxtlik olmadı. tapa bilmədim və yorulub başladım qayıtmağa. yolda qoca, müdrik bir dərvişlə qarşılaşdım və dedim: xoşbəxtlik yoxdur. o isə dedi: sən onu qıraqda axtarırdın, amma xoşbəxtlik sənin içindədir. mən inanmadım. onda dərviş əlimi götürdü və sinəmə qoydu, dedi: qulaq as, döyüntünü eşidirsən? bu sənin xoşbəxtliyindir, qapını döyür. elə isə aç qapını…

[verse 1: qaraqan]

illər keçər, ağrılar bir gün mənə yuxu kimi gələr
unudular hər acı, hər kin
düşmənlər olar uşaqlıq dostu ya da uzaq tanış
dalaş~barış
hər nağılın sonu başqa bir nağılın başlanğıcı
dəyişmir heç nə, dəyişən bircə divar təqvimimdəki yarpaqlar
mən sularda tənha dənizçi
sən toruma düşmüş qızıl balıq
həyat sınıq~salxaq bir körpü
çiynimdə çuxam, ayaqlarda çarıq
gedirəm, neçə qəlbin yurdundan qovuldum düşmən kimi
neçə qəlbə dəvət aldım, getmədim
yaşadım, gördüm mən insan kimi
kitab arası qurudulmuş kəpənəklər kimi
neçə ölü gözəllik məni aldatdı
elə gün oldu, ölünü də güldürdü
elə gün oldu, təlxəyi ağlatdı
əhsən deyib güzgüdə əksimə güc verdim
mənə ruh verdi ki, yenidən qalxım
yenidən qalxdım
ayaqlarımın üstündə özüm durmuşam bu gün də
mən bitmiş bir payız kimi birinci qarın həsrətində
küləklərimi şimaldan saldım, buz şəhzadəm qismətimdə
kaş bir günü qeybətsiz başa vuraq
kaş bir gecə kabussuz yata bilək
kaş vurulaq, sevilək
sevgisi bitəndə biz də sevgini keçmişə ata bilək
əl verin, mənə dar günə xilaskar ip verin
məni içimdən alacaq yol verin
mənə yoldaşı çox olan dost verin
məni qardaş çağıracaq gün verin
mənə dünəndən fərqli güc verin, gücsüzləri qoruyum
söz verin mənə, qəlbinizdəki qorxu bataqlığı
bir gün quruyacaq
dən verin ağ göyərçinlərə, pəncərələrinizə dadansınlar
imkan verin içinizdəki tələlər, qəfəslər parçalansınlar
azadlıq qarışsın qoy hər nəfəsə, hər ürək alovlansın
bu gün elə bir şey edin ki bir il də, on il də keçsə də yadda qalsın


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...