lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu gülyanaq məmmədova – tam azərbaycan

Loading...

[giriş]
azərbaycan mənim ürəyimdir
azərbaycan mənim nəfəsimdir
azərbaycan mənim həyatımdır
azərbaycan! azərbaycan!

[bənd 1]
qanad açıb o ellərə uça bilsəm
o tikanlı məftilləri qıra bilsəm
o yovşanlı yaylaqlara köçə bilsəm
gerçəkləşən xəyallarla süzə bilsəm

[keçid]
kaş olaydı tam o taylı, bu taylı can azərbaycan
qoy hər yerdə dalğalansın bayrağın, can azərbaycan

[nəqərat]
araz axsa, qəlbinin tən ortasından
göyçə gölün oxşayıb bağrına bassan
olarsan tam, bütöv bir can, azərbaycan
ilhamlıyıq, inanırıq, azərbaycan

araz axsa, qəlbinin tən ortasından
göyçə gölün oxşayıb bağrına bassan
olarsan tam, bütöv bir can, azərbaycan
ilhamlıyıq, inanırıq, azərbaycan
türkün eli – azərbaycan, azərbaycan
türkün eli – azərbaycan, azərbaycan
[bənd 2]
cızığından çıxıb düşmən ellər aldı
canı candan, qanı qandan ayrı saldı
neçə eldə doğma torpaq qərib qaldı
əvvəl~axır millət çəkər haqq~hesabın

[keçid]
kaş olaydı tam o taylı, bu taylı can azərbaycan
qoy hər yerdə dalğalansın bayrağın, can azərbaycan

[şeir]
paramparça, tikə~tikə doğrandın
yurduna, yuvana sən həsrət qaldın
nələr çəkdin! dərddən çatladı bağrın
nələr gördün! yanıb oda qalandın
neçə saraları sellər apardı
neçə yaraları yellər qopardı
keçilməz dağları igidlər yardı
dəmir yumruq olub tufan qupardı

[muğam]
zəngəzur, təbrizin səbri daraldı
obamın gözümün kökü saraldı
bu yol haqqın yolu, inan, az qaldı
qələbə bizimdir, gözlə, az qaldı, aman
az qaldı
[nəqərat]
araz axsa, qəlbinin tən ortasından
göyçə gölün oxşayıb bağrına bassan
olarsan tam, bütöv bir can, azərbaycan
ilhamlıyıq, inanırıq, azərbaycan
türkün eli – azərbaycan, azərbaycan
türkün eli – azərbaycan, azərbaycan

[çıxış]
azərbaycan! azərbaycan!


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...