lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu eyyub yaqubov – son bahar

Loading...

[bənd 1]
həyatın mənası sevgi, məhəbbət olmuş
sevgisiz dünyanın eşqi, gülləri solmuş
bir ümid gözləyir, yanır könüllər
yanırıq ikimiz ondan bixəbər
yanırıq ikimiz ondan bixəbər

[nəqərat]
özümüz bilmədik ~ həsrət, intizar gəldi
sevgi qismətinə qəfil son bahar gəldi
bəs necə yaşayım, söylə, mən sənsiz?
dağlar da heç olmur dumansız, çənsiz
dağlar da heç olmur dumansız, çənsiz

[bənd 2]
məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq
biz elə küsmüşük, çətin bir də barışaq
bəxtimin günəşi əbədi söndü
sevginin yolları zülmətə döndü
sevginin yolları zülmətə döndü
[nəqərat]
məhəbbət əzəldən sanki yox imiş
bu ülvi sevgimiz xəyal, yuxuymuş
bir yerdə əsiri olduq həsrətin
sevgili günləri unutmaq çətin
sevgili günləri unutmaq çətin


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...