lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu eqo – qadın qəlbi

Loading...

[bənd 1: eqo]
yenə də tək~tənha oturub bir kənarda
dizlərini qucaqlayıb köhnə şək!llərə baxırdı
və yenə də ağlayırdı səssizcə öz otağında
qorxurdu kimsə görər, o özünü saxlayırdı
içində yorğunluq, gözündə gizli kədər
o istəmir onunla yaşadıqları getsin hədər
sıxıntılar içində xoşbəxt dəqiqə tapmaq üçün
ötən günlərin bircə xatirəsi də ona bəs edər
o gözlər tərk etməyəcək kimi baxırdı
o sözlər sanki bu sevgidən vəh alırdı
qısqanırdı təbiət sanki bu mənzərəni
o yağış bəlkə də xoşbəxtlikdən yağırdı
o elə bilirdi sevənlər heç vaxt dərd eləmir
o düşünmürdü şan~şöhrət, pul fərq eləmir
istəmir ayrılıq, istəmir ki, söz~söhbət olsun
və sonda bildi ki, sevgi hər şeyi həll eləmir

[nəqarət: ilahə]
qəlbimə, toxuma bu qəlbimə
bir daha mənə “gəl” demə!
bəs edər bu dərd mənə
bilirəm təksən yenə
zamanı geri çəksən belə
mən artıq o mən deyiləm
amma hələ də səni sevirəm
[bənd 2: eqo]
o unuda bilmir, anır bu xatirələri
hələ də saxlayır onun verdiyi hədiyyələri
sanki bu sevginin acı taleyini əks edir
kitabın arasında qurumuş gül ləçəkləri
gecələri aysız keçirir, səhəri günəşsiz
o artıq tərk etmək istəyir bu şəhəri xəbərsiz
səbəbsiz, heçnə olmamış kimi getmək
ona lazımdı qürur, olanlara dözmək
bir daha sevib~sevilmək ~ bu olmayacaq
o bilir ki, onun yerini heç kim tutmayacaq
dolmayacaq ürəyi bir də belə boş ümidlərlə
o təkcə onu yaşadacaq içində illərlə
hamıdan qaçmaq, gizlətmək bu hisləri
onunla onsuz yaşamaq cəsarət istəyir
həyat dursa da, bu sevgi yaşayacaq əbədi
belə hislərin tək ünvanı “qadın qəlbi”

[nəqarət: eqo & ilahə]
qəlbimə, toxuma bu qəlbimə
bir daha mənə “gəl” demə!
bəs edər bu dərd mənə
bilirəm təksən yenə
zamanı geri çəksən belə
mən artıq o mən dеyiləm
amma hələ də səni sevirəm
qəlbimə, toxuma bu qəlbimə
bir daha mənə “gəl” demə!
bəs edər bu dərd mənə
bilirəm təksən yеnə
zamanı geri çəksən belə
mən artıq o mən deyiləm
amma hələ də səni sevirəm
qəlbimə, toxuma bu qəlbimə
bir daha mənə “gəl” demə!
bəs edər bu dərd mənə
bilirəm təksən yenə
zamanı geri çəksən belə
mən artıq o mən deyiləm
amma hələ də səni sevirəm


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...