lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu eqo – hara gedirik

Loading...

[verse 1]

insan oğlu çox kirlənib
üzlər günahdan gizlənib
açılıb təbiət sirləri
yaradan yaratdığına görə hirslənib
qarışıq və dərin hislərin biz içində qalmışıq elə bil
sevgi şəhvət, pullar hörmət
yaxşı budursa, bəs pis nədir?
izləyir bizi tanrılar
“onlar” dünyanı aldılar
düşünən bütün canlılar
çirkin oyunlara qandılar
haqqı var insanların bu dünyada bərabər yaşamağa
mən nə qədər desəm də, xeyri yoxdur
siz məcbursunuz bu yükü daşımağa

[bridge]

qaç get
nə qədər uzağa qaça bilirsən, qaç get
aç de
nə qədər gec deyil, içində nə varsa aç de
az deyil çəkdiklərimiz
imtahan olunuruq gör nələrlə
şifrələr qırılıb, beyinlər artıq idarə olunur düymələrlə
hara gedirik biz bu gedişlə, görəsən?
bada veririk biz ömrümüzü, deyəsən
hara gedirik axı? cavab tapıb gedəsən?
qara geyinib bütün kainatı gəzəsən

[verse 2]

nəyisə dəyişmək istəsən, özündən başla
bax, nə qədər önündə daş var
keçərsən hər səddi, aşarsan əngəli
taparsan hər şeyi özündən başqa
deyiləm peşman ama sözümdə ‘kaş’ var
necə ki, bədəndə baş
məni dənizlər, okeanlar öldürmədi
amma boğuluram ki, anamın gözündə yaş var
ey! ömür hədər gedir
bro, bilmirsən ki, vaxt nətər gedir
indi sevgi içki, sevgi narkotik
mənə demə ki, sev, canına xətər yetir
bizim yollar fərqlidir, bura dəyməyib insan ayaqları
bizim notlar bəllidir, danışır tanrının dodaqları
hara gedirik?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...