lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu d rek – daim hərəkətdə

Loading...

verse 1:

bizə artıq heç nə lazım deyil
biz artıq heç nə istəmirik
biz hələ də ölümə hazır deyilik
bunu gizlətmirik

ev, iş, vərdiş, çəkiliş, fərdi iş – təkrar, ey
çək, iç, hər gic, şər dinc, fənd bic – tək qal, ey

chorus:

eyo, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə_
mənə bir bax, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə

verse 2:

yağışdan yağmura
ağda xeyir yox, ağı burax
söhbət varsa – qapıda durma
keç otur, çixart araq vuraq

bunu hamı bilir mikrorayonda
sərxoş gecədi ayıldan
yenə bütün məhəllə bayırda
məqsəd eyni, amma ayrı dad

bitmir vaxt
öldürürük, amma bitmir, a
dostları bir-bir itirdik
tələsir zamanın ritmi, a

bu gün qardı, sabah gün çıxır
yüngül siqaret tünd çıxır
oyuna girəndə bu cibi dolu idi
amma oyundan çıxanda lüt çıxır

yeni büdd çıxır hər gün
biz isə “ghetto”-da didərgin
ümid yox, di gəl ki
üzdə də yox ifadə gərgin

burda bacar qazan sağ qal
nə söz keçir, nə saqqal
bura cəngəllikdi daşdan
yıxıldınsa, dur və başdan başda

chorus:

eyo, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə_
mənə bir bax, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə

verse 3:

ətrafım acdı, pul istəyir
amma sistem özünə qul istəyir
bilmirəm sən nə istəyirsən
amma bakı comərd quldur istəyir

bakı bul istəyir, bakı xul istəyir
bakı çeynəməyə məhsul istəyir
bu qədər baş verənlərə
bakı cavab verən məsul istəyir

əldə dəmirdən qolbaq
biz bu işdə hamımız ortaq
boyunda xalta, dil üstdə balta
amma qarışıb qana torpaq

özüvü cirma çox sakit ol
vaxt bitən deyil, hakim o
lakin, ta ki, davam eləyir
sən baxmalısan bu lal kinoya

chorus:

eyo, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə_
mənə bir bax, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə
durmur çarx, daim hərəkətdə
bitmir vaxt, daim hərəkətdə


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...