lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu çingiz mustafayev çm – dünənki keçdi

Loading...

[bənd 1]
səhər~səhər mən oyanıb bu gün yuxudan
tez~tələsik xəbər aldım əziz anamdan
dedim: “mama, saat neçə?”
dedi ki: “on bir”
dedim: “işə gecikdim ki, tez mənə çay ver”
anam çay verdi mənə, ancaq lumusuz
dedim: “mama, bəs limon?
dedi: “yoxdur lumumuz”
“bəs axı dünən axşam lumulu içdim”
anam dedi: “ay oğul, dünənki keçdi”

[nəqarət]
dünənki keçdi, keçdi
dünənki keçdi, keçdi
dünənki keçdi, keçdi
dünənki keçdi

[bənd 2]
hə, nə isə işə çatıb dincəldim, sonra
belə qərara gəldim ki baş çəkim ora
gəlib gördüm ki, orada var çoxlu mən deyən
oradakılar soruşdular: “nə istəyirsən?”
dedim: “mənə ondan verin hər şeydən əvvəl”
oradakılar dedilər ki: “axşamüstü gəl”
“dünən bu vaxt bəs var idi, bu necə işdir?”
oradakılar gülüşdülər
“dünənki keçdi”

[nəqarət]
dünənki keçdi, keçdi
dünənki keçdi, keçdi
dünənki keçdi, keçdi
dünənki keçdi

[bənd 3]
işdən gəldim, heç bilmirdim, axşam nə edim
dedim, onda qoy tanış bir qızgilə gedim
yolda nə görsəm yaxşıdır?!
gördüm, həmin qız
bu gün başqa bir oğlanla olub qır~saqqız
dedim: “ay qız, məgər dünən yorub beynimi
mənə şirin sözlər deyən sən deyildinmi?!
sədaqətli olduğuna hətta and içdin”
dedi: “fikir vermə ona, dünənki keçdi”

[nəqarət]
dünənki keçdi, keçdi
dünənki keçdi, keçdi
dünənki keçdi, keçdi
dünənki keçdi (×2)


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...